Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Azərbaycanda 3000-dən çox göz xəstəsi transplantasiya üçün növbə gözləyir
Azərbaycanda 3000-dən çox göz xəstəsi transplantasiya üçün növbə gözləyir |
Hazırda 3000-dən çox xəstə gözün buynuz qişasının transplantasiyası əməliyyatı üçün Milli Oftomologiya Mərkəzində növbə gözləyir.
Bunu Akademik Zərifə Əliyeva adına Milli Oftomologiya mərkəzininin aparıcı elmi işçisi Fərəh Abduləliyeva mətbuat nümayəndələrinə açıqlamasında deyib. F.Abduləliyeva qeyd edib ki, prezidentin verdiyi fərman həmin şəxslərin ölkəmizdə əməliyyat edilməsinə imkan verəcək: “Xəstələrin 10-20 faizini uşaqlar təşkil edir. Buynuz qişalar ABŞ, Rusiya, İrandan gətiriləcək. Artıq bu transplantların ölkəyə gətirilməsi üçün danışıqlar aparılır. Yaxın günlərdə transplantlar ölkəyə gətiriləcək. Bir neçə həftəyə buynuz qişanın transplantasiyası əməliyyatı ilk dəfə ölkəmizdə icra ediləcək. İlk mərhələdə təcili əməliyyata ehtiyacı olan şəxslər əməliyyat ediləcək. Sonra isə növbəli şəkildə ehtiyacı olanların hamısı əməliyyata cəlb ediləcək. Hazırda keraktokonus xəstəliyi, buynuz qişanın zədələnməsi kimi problem yaşayan şəxslər, yaşlı adamlarda əvvəlki göz əməliyyatlarından sonra yaranan problemlərdən sonra buynuz qişasının transplantasiyasına ehtiyac var. Bu xəstələr ölkəmizdə əməliyyat edilə bilmədiyindən xarici ölkələrə - Rusiya, İrana üz tuturdular. Artıq bu xəstələr ölkəmizdə əməliyyat ediləcək. İlkin mərhələdə bu əməliyyatı ölkədə yalnız 4 həkimin icra etməsinə icazə verilib. Bu həkimlər Milli Oftomologiya Mərkəzi və Respublika Diaqnostika Mərkəzində icra ediləcək”. Ofotmoloq bildirib ki, hazırda mərkəzdə buynuz qişa bankı yaradılır: “Gələcəkdə buynuz qişanın transplantasiyası üçün xaricdən donor gətirməyə ehtiyac olmayacaq”. Geri dön |