Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ sovet rejiminin qurban verdiyi insanların SAYINI AÇIQLADI - İNANILMAZ RƏQƏMLƏR
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hadisə > ABŞ sovet rejiminin qurban verdiyi insanların SAYINI AÇIQLADI - İNANILMAZ RƏQƏMLƏR

ABŞ sovet rejiminin qurban verdiyi insanların SAYINI AÇIQLADI - İNANILMAZ RƏQƏMLƏR


ABŞ-ın prezident administrasiyası Rusiyada "bolşeviklərin inqilabı" ildönümünündə kommunizm qurbanlarının sayını açıqladı.
Ağ evdə iddia edirlər ki, Rusiyada Oktyabr inqilabından bu günədək - 100 il ərzində 100 milyondan çox insan "totalitar kommunist rejimləri"nin qurbanı olub.
"Bolşevik inqilabı Sovet İttifaqını öz zülmkar kommunizminin cənginə saldı. Azadlıqla, çiçəklənmə ilə və insan həyatının üstünlüklərilə uyuşmaz siyasi fəlsəfə yaratdı.
Keçmiş yüzillik ərzində kommunist totalitar rejimləri bütün dünyada 100 milyondan çox insanı qətlə yetirdi, onları istismara, zorakılığa və təsəvvür edilə bilməyəcək iflasa məruz qoydu. İnsanların din azadlığına, yığıncaq azadlığına və saysız-hesabsız başqa hüquqlara müntəzəm olaraq qarşı çıxdı”, - ABŞ administrasiyasının xəbərində deyilir.
Zaur H.

Geri dön