Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Qarabağ: Sülh üçün müharibə LAZIMDIR
Qarabağ: Sülh üçün müharibə LAZIMDIR |
“Müdrik insanlar müharibəni sülh uğrunda aparır” - Qədim Roma filosofu Qay Sallustiy Krispin
1988-ci ilin fevralın 20-dən açıq formaya keçən Dağlıq Qarabağ münaqişəsi bu regional gərginlik ocağının yaranmasından keçən 30 ilə yaxın müddət ərzində həllini tapmayıb. Xüsusən vurğulanmalıdır ki, zaman-zaman səngiməsinə baxmayaraq Dağlıq Qarabağ münaqişəsi mövcud situasiyada tez-tez insan tələfatı ilə nəticələnən qanlı insidentlərlə müşayiət olunur. 2016-cı ilin aprel döyüşlərindən sonra Ermənistanın cəbhədəki təxribatları bir müddət səngisə də, 2017-ci il iyulun 4-də Füzulinin Alxanlı kəndinə artilleriya zərbələrinin endirilməsi zamanı 2 yaşlı Zəhra və nənəsi hadisənin qurbanı olmuşdu. Böyük rezonans doğuran bu hərbi cinayət Sarkisyan rejiminin mülki obyektləri də hədəfə ala biləcəyini göstərdi. Prezidentlərin 15 aylıq fasilədən sonra oktyabrın 16-da İsveçrənin Cenevrə şəhərində baş tutan görüşü də tərəflərin yekun sülh müqaviləsindən çox, təmas xəttindəki atəşkəs rejiminin qorunmasına yönəldiyini göstərdi. Rəsmi Bakı və Yerevan arasında münaqişənin həllinə fərqli yanaşma, xüsusən Ermənistan rəhbərliyinin Qarabağ ətrafında yerləşən 7 rayonu qeyd-şərtsiz azad etməkdən imtinası, sürətli silahlanma, beynəlxalq birliyin bu problemə ciddi yer ayırmaması Dağlıq Qarabağ münaqişəsinin həllində çətinliklər doğuran əsas səbəblərdir. ATƏT-in Minsk Qrupunun regiona çoxsaylı səfərləri, Madrid və yenilənmiş Madrid Prinsipləri, Kazan görüşü, Lavrov planı və s. bu zaman kəsiyində heç bir nəticəyə səbəb olmayıb. Əskinə, təmas xəttində regiona vacib səfər fonunda Ermənistan tərəfi təxribata əl atıb. Bura həm diversiya cəhdləri, həm mülki obyektlərin atəşə tutulması, həm də işğal altındakı torpaqlara irimiqyaslı hərbi təlimlər keçirməsini nümunə çəkmək olar. Sülh danışıqlarının müəyyən məqamlarında tərəflər sülhə çox yaxın olsalar da, son illər mövqelərin həddən artıq bir-birindən uzaqlaşdığını müşahidə etmək olar. Tərəflərin sürətlə silahlanması, çoxmilyardlı silah kontraktları Azərbaycanla Ermənistan arasında yeni tammiqyaslı müharibənin başlanacağından xəbər verən əsas həyəcan siqnalıdır. 5 milyard dollar dəyərində yeni silah-sursat alan Azərbaycan işğal altındakı torplaqlarını azad etmək üçün onlardan istifadə edə bilər. Qeyri-konstruktiv mövqe sərgiləyən Sarkisyan rejimi də Rusiyadan öncə 200 milyon, sonradan isə 100 milyon dollarlıq silah müqavilələri imzalamaqla bu perspektivə ciddi hazırlaşdığını göstərir. 2018-ci ildə Ermənistanın hərbi büdcəsi planlaşdırılan 440,4 milyon dollardan 17,6% artırılaraq 518 milyon dollara çatdırılıb. Bu kəskin artım Rusiyadan alınan hərbi kredit və büdcədənkənar vəsait hesabına ötən il əldə edilən “İsgəndər-M” raketləri ilə birlikdə düşmən ölkənin ciddi silahlanmasına işarədir. Paralel olaraq, Azərbaycan da dövlət büdcəsinə yenidən baxaraq hərbi xərclərini 2 milyon 738 milyon dollara qədər artırıb. Heç şübhəsiz bu qədər vəsaitin hərbi ayrılması təsadüf deyil və hər an yenidən qanlı savaşın başlanmasına yol aça bilər. Perspektiv vəd etməyən danışıqlar, Ermənistanın status-kvonu istənilən diplomatik manevrlərlə saxlamaq cəhdi, beynəlxalq birliyin problemin həllinə xüsusi diqqət ayırmaması bütün ümidləri Azərbaycan ordusunun üzərinə yönəldir. İşğalçıların bütün iddialarına son qoyacaq yeni müharibə Qarabağda əsl sülhə səbəb ola bilər. Geri dön |