Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dörd gendəki dəyişiklik mədəaltı vəzi xərçəngi xəstələrinin sağ qalma şanslarına təsir edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Dörd gendəki dəyişiklik mədəaltı vəzi xərçəngi xəstələrinin sağ qalma şanslarına təsir edir

Dörd gendəki dəyişiklik mədəaltı vəzi xərçəngi xəstələrinin sağ qalma şanslarına təsir edir


Mədəaltı vəzi xərçəngi xəstələrinin ömrü dörd gendəki dəyişiklikdən asılıdır.

ABŞ-ın Roçester Universitetinin nəzdindəki Vilmot Xərçəng İnstitutu, Dana Farber / Briqham və Qadın Xərçəng Mərkəzi və Stenford Xərçəng İnstitutunda mədəaltı vəzi adenokarsinoması olan 356 xəstə araşdırılıb.

Bütün vəziyyətlərdə mədəaltı vəzidəki şiş hüceyrələri cərrahiyyə əməliyyatı vasitəsilə təmizləndikdən sonra elm adamları xərçəng toxumasından və yaxınlıqdakı normal toxumadan DNT nümunələrini götürüblər. Alimlər nümunələri istifadə edərək növbəti nəsil DNT ardıcıllığını ərsəyə gətiriblər.

Tədqiqat zamanı KRAS, CDKN2A, SMAD4 və TP53 genlərinin fəaliyyəti diqqətə alınıb. Məlum olub ki, həmin genlərdən hamısının və ya ən azı üçünün dəyişikliyə məruz qaldığı xəstələrin əməliyyatdan sonra sağ qalmaq şansları çox azdır.

Mədəaltı vəzi adenokarsinoması ən geniş yayılmış mədəaltı vəzi şişidir.

Geri dön