Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Bu il nikahdan əvvəl aparılan müayinələrdə 35 cütlükdə talassemiya daşıyıcılığı aşkar edilib
Bu il nikahdan əvvəl aparılan müayinələrdə 35 cütlükdə talassemiya daşıyıcılığı aşkar edilib |
Məlum olduğu kimi, 2015-ci ilin iyunundan ailə həyatı qurmağa hazırlaşan gənclərin nikahdan əvvəl tibbi müayinəsi aparılır. Aparılan həmin tibbi müayinələrə 14 gün ərzində cavab verilir. "ASAN xidmət" mərkəzlərində bu proses daha tez başa gəlir. Nikahdan əvvəl aparılan müayinələrin əsas məqsədi cütlüklərin talassemiya və virus infeksiyası daşıyıcısı olub-olmadığını aydınlaşdırmaqdan ibarətdir.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutundan verilən məlumata görə, bu il cəmi 35 cütlüyün hər ikisinin talassemiya daşıyıcısı olduğu aşkar edilib və tərəflərə bu barədə məlumat verilib. Həmin cütlüklərdən 10-u nikaha girməkdən imtina edib. İnstitutdan onu da bildiriblər ki, müayinələr nəticəsində virus aşkar edildiyi təqdirdə cütlüklərlə söhbət aparılır və gələcəkdə onların övladlarının da həmin xəstəlikdən əziyyət çəkə biləcəyi barədə xəbərdarlıq edilir. Bundan sonra seçim etmək və qərar qəbul etmək gənclərin öz üzərinə düşür. Onu da qeyd edək ki, son vaxtlar hətta nişanlanmamışdan əvvəl də yoxlanılmaq üçün müraciət edənlər var. Geri dön |