Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Diaspor > Erməni təcavüzü Türkiyədə nümayiş olundu
Erməni təcavüzü Türkiyədə nümayiş olundu |
Samir Adıgözəlli: “Türkiyədə fəaliyyət göstərən QHT-ləri və medianı xüsusilə fəallıq göstərməyə çağırıram”
Beynəlxalq Diaspor Mərkəzinin nümayəndə heyəti 26 may-3 iyun 2012-ci il tarixlərində Türkiyədə səfərdə olmuşdur. Səfər çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Türkiyənin Kocaeli şəhərində “Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında Türkiyənin rolu” mövzusunda konfrans keçirilmişdir. Konfransı giriş nitqi ilə açan və məruzə ilə çıxış edən BDM aparat rəhbəri Samir Adıgözəlli Azərbaycan QHT-lərinin və eyni zamanda təmsil etdiyi mərkəzin Azərbaycanın ərazi bütövlüyünün bərpası və haqq səsinin dünyaya çatdırılmasında aparılan işlər haqqında konfrans iştirakçılarına geniş məlumat verdi. Eyni zamanda o, məruzəsində Azərbaycanın haqq məsələsinin beynəlxalq təşkilatlarda Türkiyə tərəfindən daim müdafiə olunmasını xüsusi vurğulayaraq, bu istiqamətdə Türkiyədə fəaliyyət göstərən QHT-ləri və medianı xüsusilə fəallıq göstərməyə çağırıb. Daha sonra konfransda çıxış edən Türkiyə-Azərbaycan Dərnəkləri Federasyonunun (TADEF) başqanı Bilal Dündar işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması, Ermənistan tərəfindən azərbaycanlı qardaşlarımıza qarşı həyata keçirilən soyqırımlarla bağlı Türkiyənin beynəlxalq platformlarda ardıcıl olaraq Azərbaycana dəstək göstərdiyini qeyd etdi. Konfransda məruzələr ətrafında Türkiyə Müharibə Qaziləri Dərnəyinin Kocaeli şöbəsi başqanı Yunus Coşqun, Dərincə Azərbaycan Evi başqanı Volkan Aydəmir, Türk-Azərbaycan Dostluq, Kültür və Dayanışma Dərnəyi başqanı Salih Bayraqdar, Kars-Ardahan-İğdır Vakfı onursal başqanı, dr. Tazabəy Yaşin, Kültür və Turizm Müdiri Adnan Zamburkan, TADEF idarə heyətinin üzvü Əbubəkir Has və digərləri öz çıxışlarında bu günə qədər olduğu kimi və bundan sonra da Türkiyənin daim Azərbaycanın yanında olacağını, Azərbaycan torpaqları azad olunmayınca işğalçı Ermənistanla qapıların açılmayacağını bəyan etdilər. Həmçinin konfransda Kocaeli Universitetinin tələbələri də disskusiyada fəal iştirak etmişdir. Daha sonra Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmış “Azərbaycan: həqiqətlər və uydurmalar” adlı buklet konfrans iştirakçılarına paylanmış və 17 dəqiqəlik “Erməni təcavüzü” adlı sənədli film nümayiş etdirilmişdir. Eyni zamanda Kocaelidə BDM tərəfindən Azərbaycan Xalq Cümhuriyətinin 94-cü ildönümü münasibətilə bayram ziyafəti təşkil olunmuşdur. Mərasimdə Kocaeli şəhər valisinin yardımçıları, bələdiyyə başqanları, QHT nümayəndələri, Azərbaycan diasporunun fəalları və Kocaeli Universitetində təhsil alan azərbaycanlı tələbələr iştirak edib. BDM aparat rəhbəri Samir Adıgözəlli, Kocaeli valisinin yardımçıları Dağıstan Kılıçarslan, Şükrü Çakır və Kartəpə bələdiyyə başqanı Şükrü Karabalık arasında görüş keçirilmişdir. Görüşdə Türkiyə-Azərbaycan münasibətləri müzakirə edilmiş və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır. BDM nümayəndə heyəti Kocaelidəki Ümummilli lider Heydər Əliyevin adına salınmış parkı ziyarət etmiş və bu il açılışı nəzərdə tutulan Heydər Əliyev muzeyi və kitabxanası ilə tanış olmuşdur. BDM mətbuat xidməti Geri dön |