Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Süd vəzisi xərçəngi haqqında bilmədikləriniz
Süd vəzisi xərçəngi haqqında bilmədikləriniz |
“Estée Lauder” korporasiyası tərəfindən təsis edilən “Süd vəzisi xərçəngi kampaniyası” artıq 25 ildir ki, fəaliyyət göstərir.
Azərbaycan kampaniyaya 2017-ci ildən etibarən qoşulub. “Süd vəzisi xərçəngi kampaniyası” qadınlar arasında maarifləndirmə işləri apararaq xəstəliklə mübarizədə onlara bir növ yardımçı olmağa çalışır. Dünyada hər 4 qadından 1-də süd vəzisi xərçənginə rast gəlinir. Xəstəliyin bu növü qadınlar arasında yayılan xərçəngin ikinci əsas növü hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, 2011-ci ildə 508 min qadın məhz süd vəzisi xərçəngindən vəfat edib. 2012-ci ildə isə süd vəzisi xərçəngi qadınlar arasında yayılan xərçəngin 12 %-ni təşkil edib. 2017-ci ildə xəstəliyin bu növü dəri xərçənginə yoluxma ilə müqayisədə 30% çoxluq təşkil edib. Hazırda xəstəliyin bu növündən 3,1 milyon insan əziyyət çəkir. Xəstəlik 40 yaşa qədər xanımlar arasında 5% təşkil edir. 55 yaşdan yuxarı xanımlar isə yüksək risk qrupuna daxil edilir. ABŞ-da hər 2 dəqiqədən bir 1 qadına süd vəzisi xərçəngi diaqnozu qoyulur. Hər 8 qadından 1-i isə süd vəzisi xərçənginə yoluxur. Süd vəzisi xərçəngi xüsusilə inkişaf etmiş ölkələrdə yaşayan qadınlar arasında geniş yayılıb. Belə ki, Şimali Amerikada bu göstərici 80%, inkişaf etməkdə olan ölkələrdə isə 40 % təşkil edir. Süd vəzisi xərçənginə yoluxma faktorları kimi genetik və xarici amillər göstərilir. Geri dön |