Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > Uluslararsı Güney Azərbaycan Türkləri Konseyinin Azərbaycan üzrə təmsilçisi, Aynur İmranova ilə müsahibə
Uluslararsı Güney Azərbaycan Türkləri Konseyinin Azərbaycan üzrə təmsilçisi, Aynur İmranova ilə müsahibə |
- Aynur xanım, İran antiazərbaycan siyasətini gücləndirməkdədir. Sizcə, rejim ölkəmizə bu təzyiqləri etməklə nəyəsə nail ola biləcək?
- Beynəlxalq ictimaiyyət İrana təzyiqini artırdıqca, İran da bizə qarşı aqresivləşməyə (mühacimləşməq) davam edir. Çünki bilir ki, ölkəsində 35 milyon Azərbaycan türkü var. Onlar da İranın bu günkü varlığı üçün real təhlükədir. Azərbaycanın qüzeyinin müstəqil dövlət olması da ordakı qardaşlarımıza ruh verir. Amma İran dövləti bilməlidir ki, bu təzyiqlərlə heç bir şeyə nail olmayacaq. Biz bu təzyiqlərdən qorxmuruq, geri çəkilməyəcəyik və Güneydəki qardaşlarımızın da araxasında duaracağıq. Həm dövlət olaraq, həm millət olaraq… -İrana qarşı bütün sahələrdə təzyiqlər güclənib. Belə olan halda Güney Azərbaycan Milli Hərəkatına beynəlxalq səviyyədə diqqət arta bilərmi? - Mən hesab edirəm ki, artıq bu məsələyə diqqət artıb. Son dövrlər İran dövlətinin davamlı etdiyi səhvlər beynəlxalq aləmdə də birmənalı qarşılanmır. Amma məsələ burasındadır ki, bizim tələbimiz İranın içində Güney Azərbaycan türklərinin var olmasına, 35 milyon faktına (əsasına), onların idarəetmədə təmsilində problemlərə, ana dilində məktəb olmamasına diqqətin cəlb olunmasıdır. Hələ son zamanlar Urmiya gölünün qurudulması vasitəsilə ordakı əhalinin köç şəraitinin yaradılması, onların yerinə kürdlərin yerləşdirilməsi də ayrıca bir problemdir. Bununla İran kompakt şəkildə yaşayan türkləri ölkənin başqa əarazilərinə dağıdaraq, Türkiyə, Ermənistan və Qüzey Azərbaycanla sərhəd bölgələri qeyri türkləşdirmə siyasəti aparır. Biz çox önəmli bir işə qol qoymuşuq. Elə bizim Konseyə maraq özü də göstərir ki, nə qədər önəmli bir işə başlamışıq. Bunu sadəcə anlamalıyıq - Güney Azərbaycanın müstəqil olması və ya Qüzeylə birləşməsi bölgədəki bütün geosiyasi dəngələri dəyişəcək. Təbii ki, bunda da bölgədəki güclər narahatdır, o üzdən də maneçilik yaradırlar. Bir tərəfdən də İran... Düşmənimiz çoxdur, elə bu səbəbdən də çox çalışmalıyıq, bir olmalıyıq. Bax o zaman əsas məqsədimizə nail olmuş olarıq. -Bu günlərdə Güney Azərbaycan Forumunun İdarə heyətinin üzvləri Bakıda görüşlərdə idilər. Görüş haqda nə deyə bilərsiniz? - Konseyin İdarə Heyətinin Türkiyədə yaşayan üzvləri Mikayıl Keskin, Zaur Bayramlı və Konseyin sözçüsü Cemal Mehmethanoğlu Bakıya gəldilər. Ölkənin aparıcı partiyaları Kütləvi İnformasiya Vasitələri, siyasi partiyaları, qeyri hökümət təşkilatlarının rəhbərləri ilə görüşlər keçirdik. Hesab edirəm ki, çox səmərəli bir proqram oldu. Görüşdüyümüz bütün təşkilatlar bu işdə bizimlə olduqlarını dedilər. Ümumi hədəflərdə prinsipial (əsli, usuli) bir fərqlilik olmadığını gördük. Hərkəs üçün Cənubi Azərbaycan çox ağrılı, həll olunmasının zamanı yetişmiş bir məsələdir. Görüşlərin sonunda Mətbuat üçün hesabat xarakterli (mahiyyətli) konfrans da verdik. -Konsey qarşıda hansı tədbirləri keçirməyi planlaşdırır? - Əlbətdə… Urmiya gölünün qurudulması, Güneydə ana dilində məktəblərin açılması, həbs olunan fəallarımız azadlığa buraxılmasını tələb etmək üçün tədbirlər, beynəlxalq qurumlara müraciətlər hazırlayırıq. İranda Güney Azərbaycan türklərinin tərəf kimi tanınması üçün əlimzidən gələni edəcəyik. Artıq nəzəri işlərdən praktiki (əməli) işlərə keçməyin zamandır. Dünya mətbuatında Güney Azərbaycan problemlərinə daha geniş yer verilməsinə nail olmalıyıq, bununla da bu məsələnin hadisələrin mərkəzinə çəkmiş olacağıq. Onlar səsinə səs, gücünə güc qatacağıq. Söhbətləşdi: Elnur Eltürk Geri dön |