Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > ABŞ Dövlət Departamentinin rəsmisi: “Azərbaycan və Türkmənistan “Transxəzər” qaz boru kəmərinə dair razılığa gəlsə, digər ölkələr buna mane ola bilməyəcək”
ABŞ Dövlət Departamentinin rəsmisi: “Azərbaycan və Türkmənistan “Transxəzər” qaz boru kəmərinə dair razılığa gəlsə, digər ölkələr buna mane ola bilməyəcək” |
Bunu Bakıda keçirilən 19-cu Beynəlxalq "Neft və Qaz, Neftayırma və Neft kimyası" konfransında ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri xüsusi nümayəndəsinin baş müşaviri Daniel Steyn bəyan edib.
D. Steyn bildirib ki, “Cənub dəhlizi” ABŞ-ın Avrasiya siyasətinin ən ali məqsədlərindən biridir və “Şahdəniz” layihəsinin 2-ci mərhələsi də “Cənub dəhlizi”nin mühüm hissəsi olacaq. D. Steynin sözlərinə görə, bir qədər əvvəl “Şahdəniz” layihəsinin iştirakçıları 4 mlrd. dollarlıq layihəni təsdiqləyiblər. Baş müşavirin sözlərinə görə, “Cənub dəhlizi” üçün digər mənbələr də var ki, bura Azərbaycanın özünün digər yataqları və Türkmənistan aiddir: «O cümlədən Türkmənistan qazı Transxəzər kəməri vasitəsilə Azərbaycan ərazisi ilə nəql edilə bilər». Türkmənistan qazının Avropaya nəqli barədə danışan diplomat bildirib ki, hazırda Avropa Birliyi ilə Türkmənistan arasında danışıqlar gedir. «Türkmənistan və Azərbaycan kəmərlə bağlı razılığa gəlsə, bu layihəni öz ərazi suları ilə yerinə yetirmək qərarı versə, başqa ölkələrin veto hüququ olmayacaq», - deyə ABŞ nümayəndəsi bildirib. D. Steyn ABŞ-ın “Cənub dəhlizi” ilə bağlı siyasətinin əsas şərtlərini də açıqlayıb. Bunlar müəyyən qaz həcminin bir sıra həssas ölkələrə çatdırılması, kəmərin genişləndirilməsi imkanının olması, eləcə də Avropanın enerji təhlükəsizliyi üçün balanslaşdırılmış enerjisi siyasətidir. Geri dön |