Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qalxanabənzər vəzinin hormonlarının artması aterosklerozun yaranmasına gətirib çıxarır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Qalxanabənzər vəzinin hormonlarının artması aterosklerozun yaranmasına gətirib çıxarır

Qalxanabənzər vəzinin hormonlarının artması aterosklerozun yaranmasına gətirib çıxarır


Erazm Universiteti mütəxəssislərinin yeni tədqiqatının nəticələri orqanizmində sərbəst tiroksinin yüksək olduğu yaşlı insanların ateroskleroza və vaxtından əvvəl ölüm riskinə meyilli olduqlarını göstərib.

Tədqiqatda orta yaşı 65 olan 9420 pasiyent iştirak edib. Müşahidələr zamanı alimlər tireotrop hormonların və sərbəst tiroksinin miqdarı və onların ateroskleroz, ürəyin işemik xəstəliyi, həmçinin qan damarları sisteminin başqa xəstəliklərinin inkişafına təsiri qiymətləndirilib. Təcrübə prosesində sərbəst tiroksinin miqdarı yüksək olan iştirakçıların orqanizmində koronar arteriyada kalsiumlaşmanın artması aşkar edilib ki, bu da aterosklerozun birbaşa göstəricisidir. Bundan başqa, belə xəstələrdə ateroskleroz vaxtı ağırlaşma 87 faiz, ölüm riski ehtimalı isə 2 dəfə çox müşahidə olunub.

Geri dön