Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran Rusiyadan “C-300” zenit-raket kompleksini satmadığı üçün təzminat tələb edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > İran Rusiyadan “C-300” zenit-raket kompleksini satmadığı üçün təzminat tələb edib

İran Rusiyadan “C-300” zenit-raket kompleksini satmadığı üçün təzminat tələb edib


“İran Rusiyadan “C-300” zenit-raket kompleksinin təchizatı ilə bağlı müqaviləni həyata keçirmədiyi üçün təzminat ödəməyi tələb edib”.Bu barədə İranın müdafiə naziri Əhməd Vahidi açıqlama verib. O bildirib ki, müqaviləyə əməl etmədiyi üçün İran Rusiyanı 2011-ci ilin sentyabr ayında Beynəlxalq Arbitraj Məhkəməsinə şikayət edib: “ Bizim şikayətimiz hələ də araşdırılır”.
Qeyd edək ki, İranla Rusiya arasında bağlanmış “C-300” zenit-raket kompleksinin təchizatı ilə bağlı müqavilənin məbləği 800 milyon dollar həcmində dəyərləndirilib. 2010-cu ildə Rusiyanın prezidenti Dmitri Medvedev İrana “C-300”, döyüş təyyarələrinin və gəmilərin satışını qadağan edən fərman imzalayıb.

Geri dön