Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güclü zəlzələ Ağdam və Tərtərdə yaşayış evlərini uçurub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Güclü zəlzələ Ağdam və Tərtərdə yaşayış evlərini uçurub

Güclü zəlzələ Ağdam və Tərtərdə yaşayış evlərini uçurub


Azərbaycanda baş verən 6 bal gücündə zəlzələ nəticəsində bəzi rayonlarda yaşayış evləri dağılıb.
Ağdam Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasının sədri Allahverən Əliyevin Rayonun Üçoğlan kəndində vətəndaşa məxsus fərdi yaşayış evi uçulub.
Onun sözlərinə görə, eyni zamanda zəlzələ nəticəsində Quzanlı kəndində elektrik transformatorunda partlayış baş verib, qəsəbəyə verilən elektrik enerjisində fasilələr yaranıb. Hazırda "Azərişıq" ASC-nin əməkdaşları tərəfindən təmir-bərpa işləri görülür.
Eyni zamanda Tərtər rayon icra başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Ramiz Şabanovun "Report"a verdiyi məlumata görə, 5 baldan yuxarı baş verən yeraltı təkanlar bir neçə kənddə dağıntılara səbəb olub, çoxlu sayda ev qəzalı vəziyyətə düşüb.
O bildirib ki, yerli sakinlərin FHK-yə verdiyi məlumata görə, rayonun Evoğlu, İsmayılbəyli və Əskipara kəndlərində palçıqdan tikilən evlərin bir hissəsi zəlzələ nəticəsində uçulub. Rayonun digər yaşayış məntəqələrində çoxlu sayda evin hasarlarında çatlar əmələ gəlib.
Hazırda komissiya tərəfindən dəymiş ziyanın miqdarı müəyyən edilir.
***00:43
Bərdə. 16 noyabr. REPORT.AZ/ Azərbaycanın bölgələrində baş verən güclü zəlzələ nəticəsində yaşayış evlərinə ziyan dəyib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, təqribən 6 maqnitudaya yaxın baş verən yeraltı təkanlar nəticəsində evlərin və hasarların divarlarında çatlar əmələ gəlib, bəzi evlər qəzalı vəziyyətə düşüb.
İnsanlar təşviş içində küçələrə çıxıb. Yeraltı təkanların təqribən 30 saniyə davam etdiyi bildirilir.
Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən araşdırma aparılır.

Geri dön