Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gündə on qram qoz və ya yerfındığı qəbul etmək ölüm riskini azaldır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Gündə on qram qoz və ya yerfındığı qəbul etmək ölüm riskini azaldır

Gündə on qram qoz və ya yerfındığı qəbul etmək ölüm riskini azaldır


Məlumdur ki, qoz xərçəngə qarşı mübarizə aparır, iltihabın dərəcəsini azaldır, yaşlanma prosesinin sürətini aşağı salır və ürəyin sağlamlığını möhkəmləndirir. Mütəxəssislərin sözlərinə görə, qoz faydalı antioksidantlarla zəngindir. Tədqiqatların nəticəsinə görə gündə cəmi on qram qoz və ya yerfındığı qəbul etmək ölüm riskini azaldır.

Bu dəfə tədqiqatçılar aşkar ediblər ki, hər gün yerfındığı və qoz qəbul etməyin hesabına dərketmə prosesləri ilə bağlı olan beyin ritminin tezliyi artır.

Alimlər yerfındığı, badam, hind qozu, pekan, fıstıq və qozun mütəmadi qəbulunun nəticəsini qiymətləndiriblər. Tədqiqat iştirakçılarının elektroentsefaloqram (EEQ) müayinəsinin nəticəsi göstərib ki, fıstığın qəbulu məlumatın koqnitiv işlənməsi, təlim, qavrayış ilə bağlı olan qamma-ritmin tezliyinin artmasına səbəb olub. Yerfındığı isə dərin yuxu və orqanizmin bərpası ilə bağlı olan delta-ritmin tezliyini artırıb.

Geri dön