Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Bu hərbi təxribatı Ermənistan təkbaşına deyil, İranın və Rusiyanın təhriki ilə edir”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > “Bu hərbi təxribatı Ermənistan təkbaşına deyil, İranın və Rusiyanın təhriki ilə edir”

“Bu hərbi təxribatı Ermənistan təkbaşına deyil, İranın və Rusiyanın təhriki ilə edir”


Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Mirinin müsahibəsini təqdim edirik.

- Natiq bəy, Klintonun Cənubi Qafqaza səfəri öncəsi ermənilərin cəbhə bölgəsində vəziyyətin gərginləşməsini nə ilə əlaqələndirirsiniz?

- Təmas xəttində atəşkəsin birtərəfli qaydada Ermənistan ordusu tərəfindən pozulması növbəti erməni təxribatıdır. Bu hərbi təxribat ABŞ-ın dövlət katibi xanım Klintonun regiona səfərinə hesablanıb. Bu hərbi təxribat Azərbaycan əleyhinə hazırlanmış ciddi bir planın tərkib hissəsidir. Bunu Ermənistan KİV-ində gedən informasiyalar da təsdiq edir. Görsənir ki, artıq ermənilərin hərbi təxribatı baş verməmişdən əvvəl belə Ermənistan KİV-ləri buna hazırlıqlı imiş. Əsas məqsəd güclənmiş Azərbaycan ordusunun ermənilərə mütəmadi hücumunu və bunun müqabilində ermənilərin tez-tez itki verməsini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, bununla da Azərbaycana beynəlxalq güclərin təzyiqini artırmaqdır.
- Sizcə, ermənilər bununla hansı mesajları vermək istəyirlər?

- Digər tərəfdən regiondakı gərgin vəziyyəti nəzərə alanda görmək olur ki, bu hərbi təxribatı Ermənistan təkbaşına deyil, İranın və Rusiyanın təhriki ilə edir. Yoxsa Ermənistan Azərbaycan ordusu qarşısında açıq güc nümayiş etdirəcək qədər qüdrətli və cürətli deyil.İran və Rusiya Ermənistanı bu təxribata təhrik etməklə ABŞ-a mesaj vermək istəyirlər ki, regionun hərbi nəzarəti bizdədir və lazım gələrsə, bu geosiyasi məkanı qarışdıra bilərik. ABŞ-a “Regiondan və İrandan əlini çək!” mesajı verirlər.
- Proseslər bölgədə yenidən müharibənin başlanmasına gətirib çıxara bilərmi?

- Regionda müharibənin alovlanma təhlükəsi var vu bu, ciddiyə alınmalıdır. Xüsusilə də Azərbaycanın təhlükəsizliyi baxımından. Bu gün Azərbaycanın təhlükəsizliyi qonşu ölkələr tərəfindən - İran, Rusiya və Ermənistan tərəfindən təhdid edilir. Ona görə də vəziyyət ciddiyə alnmalı və təcili dünya gücləri səviyyəsində caydırıcı təhlükəsizlik tədbirləri görmək lazımdır. ABŞ-ın dövlət katibi xanım Klintonun regiona səfərini və Türkiyənin Quru Qoşunlarının komandanlığının Azərbaycana səfərini bu kontekstdə dəyərləndirmək lazımdır. Hesab edirəm ki, bu güclərin siyasi müdaxiləsi ilə baş verə biləcək münaqişələrin qarşısı alına biləcək.

Söhbətləşdi: Elnur Eltürk/Vətəninfo/

Geri dön