Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Akif Çovdarovun vəkilləri apellyasiya şikayəti veriblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Akif Çovdarovun vəkilləri apellyasiya şikayəti veriblər

Akif Çovdarovun vəkilləri apellyasiya şikayəti veriblər


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib.
Bu barədə onun vəkili Kamandar Nəsibov bildirib.
Onun sözlərinə görə, apellyasiya şikayətini hər üç vəkil verib: "Akif Çovdarovun vəkilləri - mən, Sadiq Rəsulov və Şahin Rəfiyev apellyasiya şikayətini Bakı Hərbi Məhkəməsinə təqdim etmişik".
Vəkil bildirib ki, sabiq MTN generalının hər üç müdafiəçisi müvəkkilləri barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Qeyd edək ki, hökmə əsasən, Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyonluq əmlakının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib.

Geri dön