Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Elçibəyin xanımı danışdı: “Ailəmiz qanuni imtiyazlardan imtina etməyəcək”
Elçibəyin xanımı danışdı: “Ailəmiz qanuni imtiyazlardan imtina etməyəcək” |
Həlimə Əliyeva: “Oğlum Ərturqut işlə bağlı hökumətə müraciət etməyib”
Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva ilk dəfə mətbuata (Modern.az) açıqlama verib. O, qısa söhbət zamanı eks-prezidentlər haqqında qanuna münasibətini ortaya qoyub. “Əgər qanun layihəsi qəbul olunarsa, Elçibəy ailəsi dövlət təminatından imtina etməyəcək”-deyə açıqlamasında mərhum eks-prezidentin xanımı Həlimə Əliyeva söyləyib. Xatırladaq ki, iyunun 12-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçiriləcək və eks-prezidentlərin statusu ilə bağlı qanun layihəsi sonuncu dəfə müzakirəyə çıxarılacaq. Mərhum Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva Modern.az–a bildirib ki, ailəsi tam tərkibdə Azərbaycandadır və Bakıda yaşayır. H.Əliyeva eks-prezidentin övladları Ərturqut və Çilənay xanım haqqında da məlumat verib: “Ərturqut hələ ki, heç yerdə işləmir. İşlə bağlı da hökumətə rəsmən müraciət etməyib və bunun əleyhinədir. Bir müddət əvvəl Türkiyədə yaşayan Ərturqutun yenidən qardaş ölkəyə qayıtmaq fikri də yoxdur. Qızım Çilənay isə öz uşaqlarına baxmaqla məşğuldur”. Həlimə Əliyeva Elçibəy ailəsinin eks-prezidentlər haqqında qanunda nəzərdə tutulan imtiyaz və güzəştlərdən istifadə etmək fikrində olduğunu vurğulayıb. Qeyd edək ki, bu, indiyədək heç vaxt mətbuatla əlaqə saxlamayan Həlimə Əliyevanın mediaya ilk açıqlamasıdır. Evdar, qonaqpərvər və sadə qadın olduğu bildirilən Həlimə Əliyeva heç vaxt işləməyib, hazırda da işləmir. İki nəvəsinin tərbiyəsi ilə məşğul olur. Elçibəyin oğlu Ərturqut Əliyev Bakı Kooperasiya Universitetini bitirib. Ali təhsilini tamamladıqdan sonra qanunvericiliyə uyğun olaraq Binəqədi Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. O, hərbi xidmətini Daxili Qoşunların Gəncədəki “N” saylı hərbi hissəsində başa vurub. Hərbi xidmətdən sonra Türkiyənin Milliyyətçı Hərəkat Partiyasının sədri Dövlət Baxçalının dəstəyi ilə qardaş ölkədə təhsilini davam etdirib. Qeyd edək ki, Milli Məclis “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya Qanunu layihəsini qəbul edəndən sonra, sənəd təsdiq edilməsi üçün dövlət başçsına göndəriləcək. Qanun əvvəllər prezident olmuş şəxsin və onun ailə üzvlərinin təminat qaydalarını müəyyən edir. Qanuna görə, keçmiş prezident hazırda prezident olan şəxsin aylıq əməkhaqqısının 50 faizi qədər aylıq pensiya almalıdır. Keçmiş prezidentə üç nəfərdən artıq olmayan təhlükəsizlik heyəti, bir sürücü, bir avtomobil verilir. Bundan başqa, keçmiş prezident və onun həyat yoldaşı baş prokurorunun icazəsi olmadan (cinayət başında yaxalanma hallarından başqa) cinayət məsuliyyətinə cəlb edilə və həbs edilə bilməz. Geri dön |