Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda vicdan məhbusları ciddi təhlükə altındadırlar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > İranda vicdan məhbusları ciddi təhlükə altındadırlar

İranda vicdan məhbusları ciddi təhlükə altındadırlar


Sülh üzrə Nobel mükafatı laureatı Şirin İbadi iyunun 5-də insan hüquqları üzrə fəaliyyət aparan üç müdafiə təşkilatı (İnsan Haqları üzrə Beynəlxalq Federasiya, “Sərhədsiz reportyorlar” və İranda İnsan Hüquqlarını Müdafiə Cəmiyyəti) ilə birgə bəyanat yayıb.

Bəyanatda deyilir ki, İranda insan hüquqlarının vəziyyəti gündən-günə pisləşir və həbsdə saxlanan siyasi məhbusların canı ciddi təhlükə ilə üz-üzə qalıb: “İran İslam Respublikasının rəsmiləri siyasi və əqidə məhbusları ilə insana zidd rəftarını dayandırmalı, bu günahsız insanların canını təhlükəyə salmaqdan imtina etməlidir.

Son vaxtlar biz İran zindanlarında, o sıradan ta Evin və Rəcayişəhr zindanlarında siyasi dustaqlar və əqidə məhbusları ilə kobud davranıldığının və bu məhbusların bir-birinin ardınca şübhəli ölümünün şahidi oluruq. Ölüm bütün əqidə məhbuslarını təhdid edir.

Misal üçün, bu gün həbsdə saxlanan vəkil və hüquq müdafiəçisi Nərgiz Məhəmmədi, gənc bloqçu Hüseyn Rövnəqi Məleki və siyasi fəal Məhəmməd Sadıq Kəbudvənd ağır xəstədir və onların canı təhlükədədir. Biz həmin məhbusların dərhal azadlığa buraxılmasını, onlarla kobud rəftar olunmasına son qoyulmasını tələb edir, bildiririk ki, İran İslam Respublikasının rəsmiləri məhbusların canlarının təhlükəyə düşməsində birbaşa məsuliyyət daşıyırlar”.

Bəyanatda adları keçən üç məhbusdan ikisi - vəkil və hüquq müdafiəçisi Nərgiz Məhəmmədi və gənc bloqçu Hüseyn Rövnəqi Məleki azərbaycanlıdırlar.

Geri dön