Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İslam dini > Şeyxin müavini: “Camaat artıq başa düşür ki, yasda təmtəraq lazımsızdır”
Şeyxin müavini: “Camaat artıq başa düşür ki, yasda təmtəraq lazımsızdır” |
Azərbaycanlılar yas mərasimlərinə həmişə özünəməxsus tərzdə yanaşıb. Hətta bəzi bölgələrdə bununla bağlı müəyyən adət-ənənələr mövcuddur. Məhz bundan irəli gələrək dünyadan köçən yaxınlarının xatirəsini əziz tutmaq üçün dəbdəbəli "yas" mərasimləri təşkil olunur, masalara cürbəcür təamlar düzülürdü. Bəziləri hətta borca düşsə belə, məclisinin yüksək səviyyədə keçməsi ücün əlindən gələni əsirgəmirdi. Halbuki, bütün bunların bir zərrəsi belə, dünyadan köçənə yetmir. Çünki çəkilən zəhmət və xərcə baxmayaraq, işin mahiyyətində savab yoxdur.
Lakin son zamanlar yas mərasimləri öz formasını dəyişib. Artıq bölgələrdə çox az hallarda təmtəraqlı yas mərasimləri ilə qarşılaşmaq olar. Ötən həftə yas mərasimləri ilə bağlı Modern.az saytına danışan müxtəlif bölgə imamları da bu faktı təsdiqləyiblər. Onlar bildirirlər ki, hazırda demək olar ki, əksər bölgələrdəki yas mərasimlərində yemək verilmir. Yalnız dəfn günündə halva və yuxa təklif edilir, çay mərasimi olur. Qafqaz Müsəlmanları İdarəsinin sədrinin ictimaiyyətlə əlaqələr və ailə məsələləri üzrə müavini Qəmər Cavadlı Modern.az-a bildirib ki,insanların dəbdəbəli yas mərasimlərindən uzaqlaşmasının əsasən iki səbəbi var: “İlk növbədə yas mərasimlərinin sadə keçirilməsi həm maddi, həm də mənəvi baxımdan insanlara sərf edir. Həqiqətən də çox adamlar sırf şan-şöhrət üçün yas mərasimlərini dəbdəbəli keçirirdi. Amma camaat artıq başa düşür ki, bu cür təmtəraq lazımsızdır. Digər tərəfdən təbii ki, Qafqaz Müsəlmanlar İdarəsinin gördüyü işlər də var. Biz bununla bağlı tədbirləri bir dəfə keçirmirik. Mütəmadi olaraq bölgələrdə maarifləndirmə işləri aparılır. O cümlədən məclislərdə imamlar, qazilər də yas mərasimləri ilə bağlı tədbirlər görür, insanları məlumatlandırır”. Geri dön |