Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xəlvətiliyin aşiqi: Yəhya Şirvani
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türkün şanlı tarixi > Xəlvətiliyin aşiqi: Yəhya Şirvani

Xəlvətiliyin aşiqi: Yəhya Şirvani


Yəhya Bahəddin oğlu könül sultanlarının öndə gələnlərindəndir. Şirvanda dünyaya gələn Seyid Yəhyanın soyu Peyğəmbər əfəndimizə qədər gedib çatır. Doğum tarixi dəqiq bilinməsə də, 1464 (H. 868) tarixində Bakıda vəfat edib, Qəbiri şərifi Şirvan Şahlar Saray Kompleksindədir.


Seyid Yəhya Şirvani, kiçik yaşlarından fövqəladə ədəb və əxlaq sahibi bir uşaq imiş. Bir gün yoldaşları ilə oyun oynayarkən, övliyanın böyüklərindən İzzəddin Xəlvətinin oğulu ilə Sədrəddin Xalvətinin kürəkəni olan Pirzadə həzrətləri onu görürlər. Uşağı bir müddət seyr etdikdən sonra, bir-birlərinə; “Allahu Təala bu uşağa, babalarının ədəbini, yetkinliyini və gözəl xasiyyətini lütf edib. Dua edək ki, Xəlvəti yolunun feyz və mərifətlərinə də qovuşsun” deyirlər. Əl açıb cənabı Haqqa yalvarıb, uzun uzadı dualar etdilər. O gecə Seyid Yəhya, yuxusunda Rəsulullah əfəndimizi görür. Sevimli Peyğəmbərimiz; “Övladım Yəhya! Xəlvəti yolunun böyüklərindən olan Sədrəddinə get, onun söhbəti və xidmətiylə şərəflən!” deyə buyurur. Səhər olunca, yaşının az olmasına baxmayaraq, Sədrəddin Xəlvətinin hüzuruna qaçır. Onun tərbiyəsi altında elm öyrənməyə başlayır. Qısa zamanda müəlliminin bolluq və bərəkətləri ilə, elmdə və təsəvvüf yolunda çox yüksək dərəcələrə qovuşur.
Seyid Yəhya Şirvani kiçik yaşlarındakən onda qəribə halların olduğu müşahidə olunurmuş. Bir gün anası ilə birgə şəhər ətrafına gedirlərmiş. Birdən bir nəfər onlara yaxınlaşır və Yəhya Şirvaninin əlindən tutaraq havaya yüksəlib gözdən itir. Bu halı görən anası qorxuya düşürərək, kədərlənib ağlamaya başlayır. Çarəsizlikdən heç bir yerə gedə bilmir və qarışıqlıq içində nə edəcəyini düşünür. Bu əsnada bir də baxır ki, oğulu Seyid Yəhya Şirvani yanında dayanıb. Sevincdən oğuluna; “Oğul, hara getdiniz? Mən kədərdən həlak olacaqdım!” deyir. Seyid Yəhya; “Bir yerə vardıq, orada bu dinin irəli gələnlərindən bir çox kimsə vardı. Məni ortalarına aldlar, hamısı da mənə xoş sözlər dedilər, xeyir-dua verdilər. İçlərindən biri ayağa qalxıb, bunu (Yəhya Şirvanini ) mənə verin dedi.
Məni ona təslim etdilər. O şəxs mənə; “İndi ananın yanına get. Mən səni yenə taparam” - dedi. Ondan sonra özümü burada gördüm” .
Seyid Yəhya həzrətləri yaraşıqlı və gözəl əxlaq sahibi idi, üzü nur kimi parlayardı. Bir gün dərgahda, ibadət etdiyi xüsusi otağından çıxır ki, anasının və atasının ziyarətinə getin. Yolda gedərkən bəziləri irəli-geri danışaraq onu üzürlər. Seyid Yəhya evinə getməkdən imtina edib dərgaha dönür. Müəllimi onun kədərli halını görüncə; “Övladım! Nə üçün belə kədərlisən?” deyə soruşur. O da olanları nəql edir. O zaman Sədrəddin həzrətləri; “Yaxında həlak olarlar” buyurur. Həqiqətən çox keçmədən Seyyidzadeyi üzənlərin vəfatı xəbərləri gəlir.
Seyid Yəhyanın atası Seyid Bahəddin əvvəllər Şeyx Sədrəddin həzrətlərinin və oğlu Yəhyanın üstün hallarını anlaya bilməmişdi. Bu səbəblə onları sınamağı düşünür. Bir gün oğuluna; “Oğulum Yəhya! Yağışlar yağmadı, əkinlərimiz qurudu. Nə olar bir dua et, yağış yağsın, tarlalarımız sulansın." dedi. O da; “Ata,elə indi sən Allahu Təalaya; “Oğulum Seyid Yəhyanın sənə olan yaxınlığı hörmətinə yağış göndər bizə" deyə dua et” deyir. Bunun üzərinə atası; “Ya Rəbbi! Oğulumun sənə olan yaxınlığı hörmətinə bizə yağış göndər” deyə dua edir. Dərhal yağış yağmağa başlaır. Tək ona aid olan tarlalar suya qərq olur. Heyrətlər içində qalıb təkrar oğuluna; “Oğulum! Məqsəd hasil oldu, lakin başqalarına bir fayda olmadı. Səbəbi nədir?” deyə soruşdu. Bunun üzərinə Seyid Yəhya həzrətləri; “Ata, duanda başqalarını da yad etseydin, o da olardı. Müsəlmanları da birlikdə söyləməmiz lazımdır” deyə buyurur.
Bir zaman Seyid Yəhya həzrətləri xəstələnir, evindən çıxa bilmir. Atası və anası bu vəziyyətə çox kədərlənirlər. Seyid Yəhya bu hal ilə otağında yatarkən birdən qarşısında müəllimi Şeyx Sədrəddin həzrətlərini görür. Ona xitab olaraq; “Nə yatırsan oğul, qalx ayağa!” deir. Əlindən tutub ayağa qaldırır, sonra da gedir. Seyid Yəhyanın xəstəliyi tamamilə keçib getmişdi. Müəlliminin gəlməsini və Yəhyanın yaxşılaşmasını xidmətçilərindən biri görür və gedib Seyid Bahəddinə xəbər verir. Seyid Bahəddin oğulunun yanına gəldiyində həqiqətən onun xəstəliyinin keçdiyini və heç bir əlamətin qalmadığını görür. Sonra; “Bu sənin müəllimin, alim və kəramət əhli, niyə düz yollar varkən görünmədən gəlir?” deyir. Seyid Yəhya; “Ata, səbəbi, yolların tikanlı olmasıdır. Tikanlar mübarək ayaqlarını yara edər” deyir. Cavabında atası; “Yollarda tikan yox ki?” Seyid Yəhya; “Sizin inkar tikanlarınız var ha!” deyə cavab verir. Bu söz üzərinə Seyid Bahəddin, oğlu Seyid Yəhyayla Sədrəddin həzrətlərinin hüzuruna gedib tövbə edərək, sadiq tələbələrindən olur.
Sədrəddin həzrətləri də, Seyid Bahəddinin nəfsini qırmaq üçün, bir il Seyid Yəhyanın əmrini dinləməsini söyləyir. Seyid Yəhya bu barədə; “Bu bir il, mənə elə çətin gəldi ki, az qala həlak olacaqdım” deyir. Bir il sonra Sədrəddin həzrətləri, Seyid Yəhyaya ata-oğul münasibətlərinə görə hərəkət edib, atasının əmrini dinləməsini söyləyir. Seyid Yəhya həzrətləri, Şeyx Sədrəddin həzrətləri həyatda olduğu müddətcə ona canla başla xidmət edir. Şeyx Sədrəddin həzrətləri vəfat etməzdən əvvəl bütün tələbələrini və sevdiklərini yığıb onlardan söz alır və Seyid Yəhyaya tabe olmalarını bildirir. Seyid Yəhya həzrətləri müəlliminin vəfatından sonra Şamaxıya, sonra da Bakıya gedərək orada iqamət qurur. On mindən çox tələbə yetişdirir. Bunlardan üç yüz altmışı vəliliyin yüksək dərəcələrinə yüksəlirlər.
İbrahim Gülşəni nəql edir ki: "Seyid Yəhya həzrətləri tələbələriylə birlikdə Bakıdan Şirvana gedərkən quldurlar Seyid Yəhya həzrətlərinin yollarını kəsir və arabadan atlarını açmaq istəyirlər. Oradakılar da mane olmağa çalışırlar. Lakin quldurbaşı fikir verməyib atları arabadan açmaqda davam edir. Tələbələrdən Ata Qütb adında biri, Seyid Yəhya həzrətlərinə xitabən; “Əfəndim! Siz niyə səslənmirsiniz?” deyə söyləyib arabadan bir ağac götürür və qulduru döyməyə başlayır. Seyid Yəhya həzrətləri, burax dedisə də Ata Qütb diqqət etməyib quldurbaşını döyməyə davam edir. Nəticədə quldur; “Sizin rəisiniz kimdi?” deyə qışqırınca, oradakılar; “Seyid Yəhya həzrətləridir.” dedilər. Adam dərhal onun yanına qaçıb peşman olduğunu bildirir və üzr istəiyir. Seyid həzrətləri onu bağışlayıb, dua etdikdən sonra quldur oradan ayrılır. O zaman Seyid Yəhya həzrətləri, Ata Qütbə dönüb; “Otuz ildir yanımıza gəlib gedirsən. Lakin bir dəfə də bizdən istifadə etməmisən” deyərək onu danlayır. Sonralar Seyid Yəhya həzrətləri, sözünü dinləməyənlərə Ata Qütbün bu işini misal gətirərdi.
Seyid Yəhya həzrətləri çox isti aylarda azuqəsiz və susuz səhralara çıxar, oralarda günlərlə ibadətlə məşğul olardı. Xəlvət, tək olaraq tənha bir yerdə qalmaq və ibadət etmək dəyişməz xüsusiyyətlərindən idi.
Şeyx Mənsur: “Günlərin birində Seyid Yəhya həzrətləriylə birlikdə qırx günlük tək olaraq bir ibadətə başladıq. Onun on iki gündə bir dəstəmazını yenilədiyinə və üç dəfə də iftar etdiyinin şahidi oldum.”
Seyid Yəhya Şirvani həzrətləri ömürünün sonlarında davamlı Allahu Təalaya ibadət edər, bir şeylər yeməzmiş. Oğlu Əmr Güllə bir gün yemək bişirib gətirdi. İftar etmələrini xahiş etdi. Seyid Yəhya həzrətləri oradakı tələbələrini çağırtdı. “Bismillah deyib başlayın” dedi. Özü bir qaşıq alıb iylədi və yeməyi geri qoydu. Qaşıq əlində gözlədi. Tələbələri yeməyi bitirdi. Yemək bitincə; “Əlhəmdülillah” deyib, qaşığı buraxdı. Tələbələrinə; “Loğman Həkim neçə illər bir yeməyin qoxusu ilə kifayətlənmişdi. Mən də bu bir loxma yeməyin qoxusu ilə kifayətlənsəm yaxşı olar “ deyir.
Ona, Allahu Təalanın uzun ömür verməsi üçün dua edənlərə; “Bəyimiz Xəlilə dua edin ki, mənim ömürüm onun yaşaması ilədir” deyərdi. Həqiqətən o diyarın bəyi Xəlil Əfəndi vəfat etdikdən doqquz ay sonra da Seyid Yəhya Şirvani həzrətləri vəfat etdi. Vəfatına yaxın altı ay heç yemək yemədi, su içmədi. Həmişə ibadətlə məşğul oldu.
Sevdiklərinə; “Ustad, taliblərə tövbə və istiğfarı və yolun ədəblərini öyrətmək üçün lazımdır” deyir.
Ondan təsəvvüfə necə çatmaq olar deyə soruşdular. O; “Təsəvvüf yoluna aclıq, təfəkkür və heyrətlə qovuşular” deyərək bildiri.
Seyid Yəhya həzrətləri vəfat etdikdən sonra sevdikləri onu yuxuda gördülər və; “Allahu Təala sizi necə qəbul etdi” deyə soruşdular. O da; “Allahu Təala məni ərşi əla altında bir döşək üzərinə oturmamı nəsib edib, ətrafıma yaxşı insanların ruhlarını yığdı və mənə xitab edib; “Ey Yəhya! Dünyada tələbələrin ilə toplanıb oxuduğun dərsləri indi bu Cənnətliklərlə oxu. Bunlar eşitsinlər” deyə buyurdu. Mən də oxumağa başladım” deyir.
Seyid Yəhya həzrətlərinin tələbələrinin ən üstünləri; Pir Şükrullah, Ələddin Xəlvəti, Həbib Əfəndi, Məhəmməd Ərzincani və Baba Ömər Ruşeni Xəlvəti həzrətləridir.
Təsəvvüfə dair bəzi təlif əsərləri vardır. Bunun yanında Sirri Talibin və Virdi Səttar adında iki qiymətli əsəri də vardır.
EY AŞİQ!
Tələbəsi Mir Güllə izah edir: Seyid Yəhya həzrətləri çox mərhəmətli idi. Bir gün tələbələriylə şəhər kənarına gəzintiyə çıxır. Bir çay kənarına gəldiklərində, Seyid Yəhya həzrətləri bir kilim üzərinə oturdu. Tələbələri də hər biri bir iş üçün ətrafa dağıldılar. O sırada zalım bir adam ov arxasıcna düşmüş və oraya gəlmişdi. Bu adam Seyid Yəhya həzrətlərini tanımayıb ona; “Ey aşiq! Al bu qabı su ilə doldur gətir içim.” deyə səsləndi. Seyid həzrətləri təfəkkür halında olduğundan onun dediyini eşitmədi. O zaman o zalım adam atından enib çaya su götürməyə getdi. O sırada da Seyid həzrətləri yerindən qalxıb çaydan su götürməkdə olan adama xitab olaraq; “Ey qan içən adam nə edirsən?” deyə səsləndi. O adam suyu hərarətlə içmək üzrə ikən qabdakı suyu tökdü. Su qan olmuşdu. Təkrar doldurduğunda yenə qan olduğunu gördü. Bunun üzərinə dərhal etdiklərinə peşman olub, Seyid Yəhya həzrətlərinin ayaqlarına döşəndi və o gündən tələbəsi oldu.

Könül Sultanlarının iziylə:
Rəşad Sahil

Geri dön