Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > İnfarkt keçirmək istəmirsinizsə, bu qidaları yeyin - ÜRƏYİ QORUYUR
İnfarkt keçirmək istəmirsinizsə, bu qidaları yeyin - ÜRƏYİ QORUYUR |
Ürək və damar sağlığını qoruyaraq infarkt riskini azaltmaqda bəzi qidaların çox faydası var.
Həmin faydalı qidaların siyahısını təqdim edir. Yulaf Lif səviyyəsi yüksək olan yulaf pis xolesterola mane olaraq həzmə də kömək edir. Qırmızı meyvələr Gilas, çiyələk kimi qırmızı meyvələr qan təzyiqini azaldaraq damarları genişləndirir. Nar Antioksidantla zəngin olan nar qan dövranını tənzimləyir və qandakı hemoqlabini artırır. Alma və armud Lifli tərkibləri sayəsində qan dövranını normallaşdırır. Çərəzlər Protein və lif baxımından zəngin olan çərəzlər ürəyə xeyirdir. Həmçinin tərkibindəki E vitamini ilə pis xolesterol səviyyəsini azaldır. Qırmızı şərab Damarlardakı yağ hüceyrələrini azaldaraq bədəndə detoks təsiri yaradır. Arıqlamağa kömək edir. Yaşıl çay Gündə sadəcə bir stəkan yaşıl çay içmək metabolizmanı sürətləndirərək, arıqlamağa kömək edir. Xolesterola faydası var. Avokado Pis xolesterolla mübarizə aparan avokado faydalı yağlarla zəngindir. Sarımsaq Damarları genişləndirir, qan təzyiqini azaldır. Tünd şokolad Qan təzyiqini normallaşdırır və şişkinliyə qarşı faydalıdır. Yağlı balıq Tərkibində yağ səviyyəsi yüksək olan balıq damar tıxanıqlığının qarşısını aldığı üçün həftədə 2 -3 dəfə yeyilməlidir. İspanaq Bir çox vitamin, mineral və antioksidant tərkibli ispanaq qan təzyiqini normallaşdırır. Qarpız Damar sağlamlığı üçün əhəmiyyətli olan qarpız xolesterol səviyyəsini tənzimləyir. Zeytun yağı Sadəcə bir neçə çay qaşığı zeytun yağı pis xolesterol səviyyəsini azaldır və qan şəkərini normallaşdırır. Geri dön |