Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ağdamdakı zəlzələdən sonra 225 afterşok qeydə alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Ağdamdakı zəlzələdən sonra 225 afterşok qeydə alınıb

Ağdamdakı zəlzələdən sonra 225 afterşok qeydə alınıb


Noyabrın 15-də Ağdamda baş verən zəlzələdən sonra həmin ərazidə yeraltı təkanların qeydə alınması hələ də davam edir.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, bu ilin ən güclü zəlzələsi noyabrın 15-də Ağdam rayonunda 5,7 maqnituda ilə baş verib: "Noyabrın 15-dən 22-dək ərazidə 225 afterşok qeydə alınıb. Həmin təkanlar hiss olunmayıb. Bu ərazidə afterşoklar hazırda da davam edir”.

Qeyd edək ki, noyabrın 15-də gecə saat 23:48 radələrində Azərbaycanda zəlzələ olub. Zəlzələ əsasən Ağdam, Bərdə, Tərtər və Mingəçevirdə daha çox hiss olunub. Yeraltı təkanlar Ağdamda 6, Tərtər və Bərdədə isə 5-5,7 bal gücündə hiss edilib.

Geri dön