Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Xaçlı dağlar
Xaçlı dağlar |
Harada uca dağ, dağ başında qala varsa orda xaç var Uzun zamandı Yurd Yerinə - Borçalıya gedə bilmirdim. Burnumun ucu göynəyir oralarçün, amma neynəməli ki, ilboyu işlədiyimizdən imkan tapıb tez-tez gedə bilmirəm. Avqustun qorabişirənində Borçalıya yol aldım. Ürəyim uçunurdu ki, tez çatım, Yurd Yerinə gözdolusu baxım, bulaq suyundan içib ürəyimə bir sərinlik verim... Ağstafada qatardan düşüb taksilərdən biri ilə Sınıq Körpüyə tərəf istiqamət götürdük. Sərhəddə çatıb pasport - yoxlanış qeydiyyatını bitirib postu keçdim. Elə yenicə ayağımı qapıdan çölə atmışdım ki, başım üstündə uzun bir dirəkdə yellənən Gürcüstan bayrağını gördüm. Təsəvvür edirsinizmi ki, Azərbaycan gömrük məntəqəsinin düz burnunun ucunda qonşu ölkənin bayrağı, arada “neytral” deyilən ərazi-filan da yoxdu. Bu andaca beynimi bir çox suallar məşğul etməyə başladı; “nədən”, “niyə burada”, “niyə belə olmalıdır”? Bu suallara cavab axtara-axtara keçib Gürcüstan sərhəd-keçid məntəqəsinə doğru getdim. Oranı da keçib günlük çörəkpuluna çıxmış sərhəddə yaxın kəndin sakinlərindən birinin maşınına oturub gedəcəyim ünvanı söylədim. Köhnə Sovetdən qalma, köhnə maşınla hələ də tam təmir olunacağı günü gözləyən Sınıq Körpü-Marneuli yolu ilə getməyə başladıq. Bu yol haqqında bircə onu deyə bilərəm: yolun çox hissəsi hələ də bərbad haldadır. Ağaməmmədli kəndinə çatıb taksini yola saldım. Kənddə məni gözləyən dostlarla görüşüb birlikdə Başkeçidə doğru qalxmağa başladıq. Marneulini keçib Bolnis rayonunun ərazisinə daxil olduqda hiss edirsən ki, havada bir dəyişkənlik var, qorabişirən bir gündə ürəyinə sərinlik gəlir. Artıq Bolnisdən Başkeçid dağları görünməyə başlayır, dağlarda da hava günəşli idi, amma bu günəş o günəşdən deyildi, yandırıb yaxmırdı. Şəhərdən çıxarkən özümlə gün eynəyimi də götürmüşdüm. Havanın günəşli olmasına baxmayaraq eynəyi taxa bimədim, təbiətin ağılalmaz bu gözəlliyinə, Borçalı dağlarına nədənsə eynək arxasından baxa bimədim. Eynəyi çıxarıb yol çantama atdım... Yol boyu, Marneulidən tutmuş Başkeçidə kimi yol üstü kəndlər var. Yol, kəndlərin içindən keçdiyindən burada yaşayış tərzinin necəliyi barədə təsəvvürün yaranır. Yol qırağı məskunlaşan bu yaşayış məntəqələri gürcü, erməni və azərbaycanlı kəndlərindən ibarət idi. Gürcü və erməni kəndləri qazla təmin olunub. Ancaq həmişə hər şeydən qıraqda qalan azərbaycanlı kəndlərində isə qaz yoxdur. Təsəvvür edin ki, qarşına bir gürcü kəndi çıxır, qazlaşdırılıb. Qarşıdakı növbəti kəndə yetişirsən, azərbaycanlı kəndi, qaz yoxdu. Daha novbəti kənd yenə gürcü kəndi, qaz var. Siz bir ədalətsizliyə baxın ki, Azərbaycan kəndinin başının üstündən aparıb harada gürcü, erməni kəndləri var, qazla təmin edilir, ancaq Azərbaycan kəndlərinə bir kub belə qıymırlar. Bunun adı ədalətsilzikdir, bunun adı milli ayrı-seçkilikdir, bunun adı vicdansızlıqır, bunu adı gürcü eqoistliyidir, ən nəhayət bunun adı... Bunun adı hər nədirsə insanlıq deyil. İnsan belə edə bilməz, düşünmək qabiliyyəti olmayan canlı bunu edə bilər, ancaq! Məni, elə bəlkə sizi də, dəli edəcək ikinci bir fakt isə daha dəşhətlidir. İnanın, dağlara doğru qalxdıqca indi deyəcəyim fakta tez-tez rastlaşırsan. Bu gürcülər, bilirsinizmi neynəyiblər? Yox bilmirsiniz, elə mən də bilmirdim, səfər zamanı öyrəndim, gördüm, şahidi oldum. İçim-içimi yedi, amma nə olsun... Onsuz da bizim çox şeydən sonradan xəbərimiz olur. Dəşhətdir... Nə isə... Üzü dağlara çıxdıqca, harada bir uca dağ, sıldırım qaya, dağ başında qala varsa orda bir xaç var. Bəli, xaç, özü də metrələrlə hündürlüyündə ki, uzaqdan görünsün. Kənardan baxan buranın bir gürcü yurdu olduğunu bilsin. Təmiz dağ havasında nəfəsim daraldı, ən əsası dağlara baxmağa xəcalət çəkdim. Zaman-zaman qoynunda yurd saldılar, igidlər at oynatdı, qopuz çaldı, qurşaq tutdular, ər evləndirib qız köçürdülər, toylu-büsatlı bir el qurdular. Yağılar gəldi basıb qaytardılar, amma indi bizlər sahib çıxa, dədələrin verdiyi adları belə qoruya bilmirik. Ən nəhayət, qoynunda əl açıb Uca Tanrıya dua edib namaz qılardılar. Ancaq indi bu dağların qoynuna bir xaç saplayıblar... Axx, hanı o ellər?! Koroğlu qalası deyilən əzəmətli qalanın da düz ürəyinin başına bir xaç vurublar, səsimiz çıxmır! Dağlarda tapılan tarixi abidələrin tarixi yazılarını pozurlar, səsimiz çıxmır! Yer, kənd adlarını dəyişirlər səsimiz çıxmır! Başımızın üstündən gürcü kəndləri qazlaşdırlır, səsimiz çıxmır! Əkib-becərməyə belə torpaq vermirlər, səsimiz çıxmır! Daha nələr, nələr... Nə zaman çıxacaq bu səsimiz, nə zaman dağların harayına hay verəcəyik? Kərbəlayinin sözü olmasın, kənd, yer adlarımızı dəyişdilər, dinmədik, tarixi yerlərimiz özününküləşdirdilər dünmədik! Dərs vəsaitlərində borçalıları Borçalıya gəlmə olduqlarını yazdılar dinmədik! İndi də dağlarımızı xaçlaşdırmağa başlayıblar, deyirsiniz yenə dinməyək?! Vallah, uzun dərddi. Deyirəm, bu gürcülər də maraqlı millətdir. Görəsən heçmi düşünmürlər ki, bu dağlara xaç taxmaqla nəyisə dəyişmək mümkün deyil. Onsuz da tarix heç nəyi unutmur, zaman heç nəyi silmir. Bir də, əzəmətli dağların qoynunda o xaçlar çox cılız görünür... Hara getmişdim, niyə getmişdim, o andan sonra mənimçün o qədər də maraqlı olmadı. Zatən səhər-səhər o bayraq məsələsi qanımı onsuz da qaraltmışdı. Üstəlik də bu xaç... Elə bayraqları da xaçdan ibarətdir. Rəşad Sahil Geri dön |