Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > “KİV haqqında” qanun dəyişdirilir
“KİV haqqında” qanun dəyişdirilir |
“Kütləvi İnformasiyalar haqqında” qanuna dəyişikliklər edilir.
Qanunun 3-cü maddəsinə ( Əsas anlayışlar) dəyişiklik təklif edilir. Belə ki,qanuna ediləcək dəyişikliyə görə, 3-cü maddənin 3-cü abzasına “informasiya ehtiyatı” sözləri əlavə edilir. Kütləvi informasiya vasitələrinə - dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, informasiya ehtiyatı kinoxronika proqramları və digər yayım formaları daxil edilir. 5-ci maddəyə ediləcək dəyişikliklərə görə isə “Kütləvi informasiya vasitələri haqqında” qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, “Televiziya və radio yayımı haqqında”, "Məlumat azadlığı haqqında", “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, "Vətəndaşların müraciətlərinə baxılma qaydası haqqında", "Dövlət sirri haqqında", "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" qanunlardan, habelə digər müvafiq qanunvericilik aktlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə bu Qanun arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. 10-cu maddəyə (Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi) ediləcək dəyişikliklərdə göstərilib ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri, habelə yayılması qadağan ediləndigər informasiyanı yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədaləti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Həmçinin qanuna yeni 19-1-ci maddə əlavə edilir. Maddə 19-1. İnternet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması. Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Geri dön |