Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İvanka Trampı heyran qoyan azərbaycanlı gənc ixtiraçı: “GES mənim gələcək uğurlarım üçün qızıl açardır”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > İvanka Trampı heyran qoyan azərbaycanlı gənc ixtiraçı: “GES mənim gələcək uğurlarım üçün qızıl açardır”

İvanka Trampı heyran qoyan azərbaycanlı gənc ixtiraçı: “GES mənim gələcək uğurlarım üçün qızıl açardır”


Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində (GES) iştirak edən ABŞ prezidenti Donald Trampın baş müşaviri və qızı İvanka Tramp (Ivanka Trump) azərbaycanlı 15 yaşlı ixtiraçı Reyhan Camalova haqqında fikirlərini bölüşüb. İ.Tramp Reyhanın ixtira etdiyi “Rainergy” qurğusunun bütün cəmiyyətə böyük xeyir gətirəcəyini deyib.
Reyhan Camalova ixtirası və GES haqqında da fikirlərini bölüşüb. Onun sözlərinə görə, “Rainergy” qurğusunun kütləvi buraxılışı üçün artıq sərmayədarlar müəyyən təkliflər irəli sürüblər.
Gənc ixtiraçı ümumi hündürlüyü 9 metrə çatan qurğunun əsasən musson iqlimi hakim olan ölkələr üçün əhəmiyyət daşıdığını qeyd edib:
“Rezervuarda toplana yağış suyu yüksək sürət və təzyiqlə aşağıdakı generatoru hərəkətə gətirir. Bu enerji akkumulyatorda toplanır və insanlar ehtiyacları olduğu zaman həmin enerjidən istifadə edə bilərlər”.
“GES-dən gözləntilərim çox böyükdür. GES mənim gələcək uğurlarım üçün qızıl açardır”, - Reyhan bildirib.

Geri dön