Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Ürək xəstəliklərinin geniş yayılan səbəblərindən biri də stressdir
Ürək xəstəliklərinin geniş yayılan səbəblərindən biri də stressdir |
Ürək-damar problemlərinin yaranmasına əsasən şəkərli diabet, piylənmə, təzyiq, stress, böyrək çatışmazlığı və s. kimi xəstəliklər səbəb olur. Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının kardioloqu Fuad Səmədov ürək problemlərinin yaranmasında başlıca amillərdən birinin stress olduğunu söyləyir.
O, universitetin mətbuat xidmətinə verdiyi müsahibədə qeyd edib ki, xəstələr fərqli səbəblərdən yaranan stressdən əziyyət çəkirlər: “Özünü fərd olaraq tanımamaq və özünə qarşı laqeyd münasibət yalnız ürəklə bağlı deyil, digər problemlərin də ortaya çıxmasına səbəb olur. Hətta gənclər arasında da stresslə əlaqədar şikayətlər çoxalıb. Hər kəsi düşündürən bir məsələ də tam sağlam vəziyyətdə olanda da təzyiqin oynamasıdır. Bu, normal haldır. Cəmiyyətimizdə işçi təzyiqi anlayışı var və bu, qəbul edilən təzyiq normasıdır. Bəzi xəstələr yalnız şikayəti olduğu halda təzyiqini tez-tez yoxlatdırırlar. Hazırda insult xəstələrinin 90 faizi tənzimlənməmiş təzyiqi olan xəstələrdir. Onlar özləri özlərinə həkim olmaq istəyirlər, ancaq unudurlar ki, sonradan yaranan problemlərin qarşısını almaqda çətinlik çəkəcəklər”. Kardioloq təzyiq, şəkərli diabet, siqaret istifadəsi, piylənmə, oturaq həyat tərzi ürək-damar problemlərini yaradan başlıca səbəbləri olduğunu vurğulayıb: “Əgər təzyiqi olan xəstənin risk amili varsa və bu problemlərdən üçü onda cəmlənərsə, bu, daha ciddi risk amili deməkdir. Həmin problemlərə vaxtında müdaxilə olunsa, belə halda yarana biləcək ən ciddi xəstəliklərin qarşısını almaq mümkündür. Məsələn, 50 yaşında təzyiqi yüksək olan xəstə iki həblə təzyiqini normada saxlaya bilər və bununla da insult riskini çox kəskin şəkildə azaltmış olar”. Geri dön |