Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın ədliyyə orqanlarına işə qəbulla əlaqədar imtahan keçirilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Azərbaycanın ədliyyə orqanlarına işə qəbulla əlaqədar imtahan keçirilir

Azərbaycanın ədliyyə orqanlarına işə qəbulla əlaqədar imtahan keçirilir


Ədliyyə orqanlarına qulluğa qəbulla əlaqədar şənbə günü test imtahanı keçirilir. Ədliyyə Nazirliyinin Kadrlar İdarəsinin rəisi Rauf Məhərrəmov jurnalistlərə bildirib ki, imtahanda iştirak etmək üçün 338 namizəd müraciət edib.
O deyib ki, test imtahanlarında iştirak üçün namizədlərin yalnız müvafiq formada ərizə ilə müraciət etməsi kifayət edib.
Test imtahanından uğur qazanmış namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək. Vakant ştat vahidləri əsasən, nazirliyin icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, eləcə də digər ədliyyə sahələrindədir.
İmtahanda iştirak edən namizədlər əsasən, gənclərdir. Hər 4 namizəddən biri qadındır.
İmtahanda müşahidəçi kimi iştirak edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, deputat Rövşən Rzayev jurnalistlərə bildirib ki, test imtahanı tam aşkarlıq şəraitində keçirilir.
"Azərbaycan hüquqi demokratik dövlətdir və hüquqşünasların peşə biliklərinin yüksək səviyyədə olması vacibdir", - Rzayev deyib. Onun sözlərinə görə, bugünkü imtahanda iştirak edənlərin 80 faizə qədəri gənclərdir ki, onlardan da 70 faizə yaxını işsizdir.
Test imtahanında namizədin hüquqi biliklərinin, məntiqi nəticə çıxarmaq qabiliyyətinin və ümumi dünyagörünüşünü müəyyən etmək üçün 100 sual təqdim olunub.
İmtahanda 55 və daha artıq bal toplamış, həmçinin bundan sonra aparılmış yoxlamanın nəticələrinə əsasən, qanunvericiliklə ədliyyə orqanlarında çalışmaq üçün müəyyən edilmiş tələblərə cavab verən şəxslər II mərhələyə - söhbətə buraxılacaqlar.

Geri dön