Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Qərbi Azərbaycan-İrəvan > Ziyafət Əsgərov: Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər narkotrafik vasitəsilə qazanc əldə edirlər
Ziyafət Əsgərov: Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər narkotrafik vasitəsilə qazanc əldə edirlər |
Moskvada keçirilən “Parlamentarilər narkotiklərə qarşı” beynəlxalq konfransında qaldırdığımız əsas məsələ Dağlıq Qarabağın işğal altında olan ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlıdır. İşğal altında olan bu ərazilərə mərkəzi hökumət tərəfindən nəzarət olunmur. Orada silah alveri, narkotik vasitələrin yetişdirilməsi və Avropaya satılması ilə məşğul olurlar. Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər narkotrafik vasitəsilə qazanc əldə edirlər.
Bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində Moskvada keçirilən “Parlamentarilər narkotiklərə qarşı” beynəlxalq konfransında iştirak edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib. Ziyafət Əsgərov qeyd edib ki, narkotik vasitələrdən istifadə problemi dünyanı narahat edən qlobal məsələlərdən biridir. Beynəlxalq səviyyədə bu bəla ilə mübarizə sahəsində xeyli konvensiyalar, sənədlər qəbul edilib. Dövlətlər bu konvensiyalara qoşulub və öz milli qanunvericiliklərində qanunlar, normativ hüquqi sənədlər qəbul ediblər. Lakin bu qanunların işləməsi, onlara nəzarət mexanizmi olduqca ciddi məsələdir. Çox təəssüf ki, bəzi dövlətlərin sözü ilə əməli uyğun gəlmir. Məsələn, çıxışlarda qeyd olundu ki, Əfqanıstanda 400-dən çox narkotik maddə yetişdirən laboratoriya var. Həmin laboratoriyaların mövcudluğundan hamı, o cümlədən orada qoşunları olan Qərb dövlətləri də xəbərdardır. Bəzi dövlətlər bu bəla ilə mübarizəyə ciddi, səmimi yanaşır, digər dövlətlər narkotrafikdən istifadə edib qazanc əldə edirlər. Milli Məclis sədrinin müavini vurğulayıb ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi təkcə hüquqi deyil, həm də sosial, psixoloji və tibbi problemdir. Konfransda dünyanın müxtəlif ölkələrindən gəlmiş iştirakçıların çıxışlarından bu sahədə vəziyyətin çox faciəvi olduğu bir daha üzə çıxdı. Hazırda dünyada istehsal edilən narkotik vasitələrin çəkisinin tonlarla ölçüldüyünü vurğulayan Ziyafət Əsgərov bildirib ki, statistikaya görə, dünya əhalisinin yarısından çoxu azı bir dəfə narkotik maddədən istifadə edib. Narkotrafik terrorizmlə də sıx bağlı olan məsələdir. Terrorizmin maliyyə mənbələrindən biri də narkotik vasitələrin satışından əldə edilən pullardır. Digər tərəfdən, yoxsulluq, işsizlik problemləri də aradan qaldırılmasa, bu məsələ həllini tapmayacaq. Əlbəttə, yaxın 20-30 ildə bu bəlanın kökünü kəsmək mümkün deyil. Ancaq dövlətlər məsələyə səmimi yanaşsalar, problemin qarşısını müəyyən qədər almaq olar. Bu, həm də gələcək nəslin sağlamlığı deməkdir. Bu problemin həlli yalnız dünya dövlətlərinin birliyi sayəsində mümkündür. Fəridə Abdullayeva Geri dön |