Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Deputat: Mikayıl Cabbarovun vergilər naziri təyin edilməsi bu sahədə yeniliklərin olacağından xəbər verir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Deputat: Mikayıl Cabbarovun vergilər naziri təyin edilməsi bu sahədə yeniliklərin olacağından xəbər verir

Deputat: Mikayıl Cabbarovun vergilər naziri təyin edilməsi bu sahədə yeniliklərin olacağından xəbər verir


Mikayıl Cabbarovun vergilər naziri təyin edilməsi bu sahədə yeniliklərin olacağından xəbər verir.

Bunu açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Onun sözlərinə görə, Mikayıl Cabbarov bu sahədə ciddi işlər görəcək:

"Azərbaycanın təhsil sahəsində çox dərin axsamalar var idi. Mikayıl Cabbarov təhsil naziri təyin edilərkən bu axsamaların müəyyən hissəsini aradan qaldırıb. O, iqtisadi sahədə təcrübəsi olan və xarici vergi sistemini bilən şəxsdir. Güman edirəm ki, Mikayıl Cabbarovun səyi nəticəsində vergi sistemində şəffaflıq artacaq, sahibkarlar sahələrə daha böyük investisiya qoyub inkişaf etdirəcək. Bu kadr islahatı müəyyən struktur islahatlarına da səbəb olacaq və Azərbaycanda vergi siyasətində yaxşı nəticələr əldə ediləcək".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Fazil Məmmədovun vergilər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamları ilə Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad edilib və vergilər naziri təyin edilib.

Geri dön