Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > İstanbulun Fəriköy məzarlığında AXC mühacirlərinin baxımsız qalmış məzarları yenilənəcək
İstanbulun Fəriköy məzarlığında AXC mühacirlərinin baxımsız qalmış məzarları yenilənəcək |
Azərbaycan Xalq Cumhuriyyəti süquta uğradıqdan sonra Türkiyəyə sığınan mühacirələrin dəfn olunduğu İstanbuldakı Fəriköy məzarlığında soydaşlarımızın baxımsız qalmış məzarları Azərbaycanın İstanbuldakı Baş konsulluğunun təşəbbüsü ilə yenilənəcək.
Bu barədə məlumatı Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev verib. Baş konsul Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar dövlət başçısı İlham Əliyevin 16 may 2017-ci il tarixli sərəncamına uyğun olaraq, konsulluğun mühüm layihələr həyata keçirdiyini və tədbirlər planına mühacirlərə aid məzarların da bərpasının daxil edildiyini söyləyib: "Ölkəmizin müstəqilliyi uğrunda mübarizə aparan böyük şəxsiyyətlər - Azərbaycanın ilk ədliyyə naziri Xəlil bəy Xasməhəmmədli, ilk hərbi naziri Xosrovpaşa Sultanzadə, mühəndis Qulamrza Şərifzadə, beynəlxalq konfransda iştirak edən ilk həmvətənimiz, ermənilərə və ruslara qarşı yaradılan "Difai" təşkilatının lideri Əhməd bəy Ağaoğlu və ailəsi, onun qızı Türkiyənin ilk qadın millət vəkili olan Sürəyya Ağaoğlu, aralarında millət vəkillərinin və o dövrün aktiv siyasətçilərin olduğu 30-dan çox tarixi şəxsiyyətin məzarları Fəriköy məzarlığındadır. Onlardan bəzilərinin doğmaları, yaxınları yaşasa da, bəziləri kimsəsizliyə məhkum olunub. Elə bu səbəbdən də, məzarların çoxu baxımsız vəziyyətdədir. Dağılmış, qırılmış qəbirüstü abidələrin yenidən bərpası üçün artıq müvafiq orqanlara müraciət olunub və tədbirlər planı hazırlanıb. Məzarlıq önündə məlumat lövhələrinin yerləşdirilməsi və onların qəbirlərinin üzərində Azərbaycan və Türkiyə bayraqlarının bərabər əks olunması, burada uyuyan şəxsiyyətlərin kimliklərinin yazıldığı abidənin qoyulmasını planlaşdırırıq". Baş konsul deyib ki, qəbirstanlıqda dəfn olunan bir çox azərbaycanlı mühacirin kimliyi məlum deyil: "Biz bununla bağlı araşdırmaların aparılması üçün mühacirət tarixini araşdıran tarixçilərlə əlaqə yaratmışıq. Bəzi məzarların üzərinə azərbaycanlı sözü yazılıb, ancaq mərhumun kimliyi və burda hansı işlə məşğul olduğu məlum deyil. O vaxt Türkiyəyə gələnlərdən bəziləri məlum səbəblərdən soyadlarını da dəyişiblər. Yeri gəlmişkən, Feriköy məzarlığında Səlim Rəfiqin atası Əli Rəfioğlunun da məzarını yenicə tapdıq. Əli Rəfioğlu Xoyski ailəsinin məzarlarının yaxınlığında dəfn edilib. Səlim Rəfiqin məzarının arxasında isə ailə üzvlərinin məzarı yerləşir". Geri dön |