Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rəsmi Tbilisi Saakaşvilinin Gürcüstana ekstradisiyasını istəyir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Rəsmi Tbilisi Saakaşvilinin Gürcüstana ekstradisiyasını istəyir

Rəsmi Tbilisi Saakaşvilinin Gürcüstana ekstradisiyasını istəyir


Rəsmi Tbilisi Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin Ukraynadan ekstradisiyası barədə müraciətini ləğv etmək niyyətində deyil.

Bunu bu gün jurnalistlərə açıqlamasında Gürcüstan mədəniyyət naziri Mixail Qeorqadze bildirib.

M. Qeorqadze deyib ki, heç kim M. Saakaşvilinin ekstradisiyası barədə müraciəti ləğv etmək niyyətində deyil, eyni zamanda Gürcüstandan Ukraynaya bu barədə yeni müraciət göndərilməyib: "Mixeil Saakaşvilinin Kiyevdə saxlanılmasına gəlincə, Ukrayna tərəfinin konkret məsələ ilə bağlı konkret sualları var".

Qeyd edək ki, 2014-cü ildə Gürcüstanda M. Saakaşviliyə qarşı bir sıra ittihamlar irəli sürülüb. Sabiq prezident 2007-ci il noyabrın 7-də aksiyaçılara qarşı zorakılığın, "İmedi" telekanalına hücumun təşkilində, biznesmen Badri Patarkatsişvilinin əmlakını qanunsuz mənimsəməkdə, 2005-ci ildə deputat Valeriya Qelaşviliyə qarşı hücum təşkil etməkdə, bankir Sandro Qirqvlianinin qətlinin istintaqına mane olmaqda, 2009-2012-ci illərdə dövlət vəsaitindən sui-istifadə etməkdə günahlandırılır.

Geri dön