Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Kərkük türkləri ilə bağlı tədbir keçirilib.
Kərkük türkləri ilə bağlı tədbir keçirilib. |
R. Behbudov adına Dövlət Mahnı Teatrında “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Milli Qurtuluş günü ilə bağlı “Azərbaycan – İraq mədəni əlaqələri : dünəni, bu günü və gələcəyi” bir həftəlik tədbirlər silsiləsi çərçivəsində İraq Türkmanlarının möhtəşəm ədəbi-bədii gecəsi keçirilib.
Ədəbi-bədii gecədə millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq qrupunun üzvü, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva, İraqın Azərbaycandakı böyük elçisi Heydər Ş.Əl- Barak, millət vəkilləri Xanlar Fətiyev, Cavanşir Paşazadə, Musa Qasımlı, Etibar Hüseynov, Jalə Əliyeva, Sədaqət Vəliyeva, Sabir Rüstəmxanlı, professor Qəzənfər Paşayev, İraq parlamentinin keçmiş üzvü, şair Fövzi Əkrəm Tərzioğlu, Dr. Şəmsəddin Kuzəçi, tanınmış səhnə ustası İsmət Hürmüzlü, Xalq şairi Zəlimxan Yaqub, “Türkmeneli” TV-nin Xəbər müdiri Ali Makram Qarib və başqaları iştirak ediblər. Tədbirə aparıcılığı və açılışı uzun illər İraqda çalışmış, İraqla, xüsusilə İraqda yaşayan soydaşlarımızın ədəbiyyatı, folkloru ilə bağlı çoxlu sayda kitabların və araşdırmaların müəllifi professor Qəzənfər Paşayev edib. Professor qonaqları salamladıqdan sonra ədəbi-bədii gecəni açıq elan edib. O, Azərbaycan - İraq ədəbi, mədəni, tarixi əlaqələrindən, tədbirin əhəmiyyətindən danışıb. Çıxışında bu mədəni əlaqələrinə toxunan professor Q.Paşayev qeyd edib ki, İraq- Azərbaycan dostluğu, qardaşlığı çox uzun illərə söykənir. Daha sonra səhnəyə Qənirə Paşayeva dəvət olunub. “ İraq bizə hər zaman nə uzaq, nə də ki, iraq olmayıb. Orda da bizim öz qardaş və bacılarımız yaşayır və yaradır” –deyə millət vəkili qeyd edib. Həmçinin Q.Paşayeva İraqla, Kərküklə bağlı xatirələrindən də danışdı. Millət vəkili üzvü olduğu Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun fəaliyyətindən də danışıb. Millət vəkili onu da vurğulayıb ki, İraqdakı bacı-qardaşlarımızın təklifləri və xahişləri nəzərə alınacaq və Kərkük və Ərbildə də azərbaycanlı sənətçilərinin iştirakı ilə belə bir gecə təşkil ediləcək və rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi əlindən gələn dəstəyini göstərəcək. İraqın Azərbaycandakı səfiri Heydər Şia Əl-Bərəkə, millət vəkili Xanlar Fətiyev, Dr. Şəmsəddin Kuzəçi, İraq parlamentinin keçmiş üzvü, şair Fövzi Əkrəm Tərzioğlu, Türkməneli Kültür Mərkəzi başqanı Mustafa Ziya, professor Qəzənfər Paşayev millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi adından Azərbaycan-İraq mədəni əlaqələrinin inkişafına verdiyi dəstəyə görə mükafatlar ilə təltif ediliblər. Sonra İraq ( Kərkük) sənətçiləri öz türkülərini səsləndirmək üçün səhnəyə dəvət olunub. Daha sonra İraqdan gələn məşhur türkman musiqiçisi İsmail Tərzioğlu musiqiçi əməkdar artist Tünzalə Ağayeva ilə də bir duet oxuyub. Daha sonra səhnəyə İraqın Azərbaycandakı səfiri Heydər Ş.Əl-Barak hər iki ölkənin mədəni və tarixi əlaqələrinin qədimliyindən danışdı və əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu və bu əməkdaşlığın getdikcə daha da genişlənəcəyini bildirib. Geri dön |