Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İllərin dalınca yeni il gəlir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > İllərin dalınca yeni il gəlir

İllərin dalınca yeni il gəlir


İli başa vurmaq oğul istəyir,

Demə ki,az qalıb növbəti ilə.

Hər günün hökmü var,kəraməti var,

Hər gün ömürdəndir sürəti ilə.

***

Çox deyim,qışqırım , ay.. məndən olmaz,

Əjdaha kimdir ki mən olan yerdə.

Sən kimsən, ay yazıq, göydən baxan var,

Bu sözü ağlına gətirmə bir də.

***

Yeni il- yeni gün, yeni həyatdır,

Yeni il- "Mən varam", yəni həyatdır.

Yeni il-arzudur, balalar üçün,

Yeni il-uçmağa qoldur, qanaddır.

***

Yeni il-illərə bir hesabatdır,

Gördüyün işləri sadala bir-bir.

Yeni il -kiminsə bəxtəvərliyi,

Yeni il - heç kəsə bilinməyən sirr.

***

Heç kəs deyə bilməz- bu gün də keçdi,

Bu günün xəbəri sabah bilinir.

Həyat-həyat boyu bir keşməkeşli

Tale oyunudur heç vaxt silinmir.

***

Heç kəs yaza bilməz mən yazanları,

Mənim yazdıqlarım-mənim sözümdür.

Gözünün nurunu itirən adam

Mənim anlamımda mənim gözümdür.

***

Babamın atama məktublarında

"Nuri-didəm" idi əvvəlki sözü.

Daha məktub da yox,o söz də yoxdur,

Mobil telefondur məktubun özü,

***

Mən günü saymağa daha arifəm,

İlləri saymağın vaxtı keçibdir.

İndi günləri də saymaq bir bəla,

Deyəsən, bəxtin də baxtı keçibdir.

***

Ocağın sönməyi,odun keçməyi--

Nəslin fəlakəti,günün qürubu...

Gün keçir,sabahı yeni gün gəlir.

Qəmlənmə,bax həyat,dostum, budur bu.

***

Ehey!...Qüssələnmə, yeni il gəlir,

Demə ki,yeni il çox qəfil gəlir.

Tarixin ən düzgün hesabıdır bu,

Həyatın illəri ilbəil gəlir.

***

Hesabat başlayır, il hesabatı,

Sözdür də deyirik - dil hesabatı...

Hamının hesabı və hesabatı

Vallah ola bilmir FİL HESABATI.

***

Gəlin dərdən, qəmdən lap uzaq olaq,

Hər işdə,əməldə üzü ağ olaq.

Əbədi olmayan həyat yoxsa da,

Dünya öz yerində, biz də sağ olaq...





Nazim NƏSRƏDDİNOV.

Bakı, 18.12.2017.

Geri dön