Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Kollegiya saxlanılan "vəkil"lə bağlı bəyanat yaydı
Kollegiya saxlanılan "vəkil"lə bağlı bəyanat yaydı |
Vəkillər Kollegiyası “Yeni Yasamal” MTK-nın rəhbəri Cahangir Alışov ilə vəkili Habil Fətəliyevin saxlanıldığı barədə yayılan xəbərlə bağlı məlumat yayıb. Məlumatda Vəkillə Kollegiyasının Habil Fətəliyev adlı üzvü olmadığı bildirilib.
Kollegiya vəkil adından bu cür qanunsuz istifadə halları qəti şəkildə pislənilib. Bildirilib ki, yaxın aylarda Vəkillər Kollegiyasının yeni internet səhifəsi istifadəyə veriləcək və orada bütün vəkillərin reyestri yerləşdiriləcək. Bununla da gələcəkdə vəkillərin müəyyən edilməsində bu kimi anlaşılmazlıqların aradan qaldırılacağı vurğulanıb. Qeyd edək ki, bu gün “Yeni Yasamal“ MTK-nın sədri Cahangir Alışov və vəkili Habil Fətəliyevin saxlanıldığı barədə məlumat yayılıb. Virtualaz.org saytı şirkət rəhbərinin Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan 16 mərtəbəli binadakı eyni mənzillərin, dələduzluq edərək, bir neçə nəfərə satılmasının təşkilində təqsirləndirildiyini yazıb. Faktla bağlı 2 ilə yaxındır ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılıb. İddiaya görə, şirkət rəhbəri evlərin qanunsuz satışını vəkili olduğu bildirilən Habil Fətəliyev vasitəsi ilə həyata keçirdiyindən, o da həbs edilib. Geri dön |