Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Astarada cinayətlərin sayı ötən illə müqayisədə xeyli azalıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Astarada cinayətlərin sayı ötən illə müqayisədə xeyli azalıb

Astarada cinayətlərin sayı ötən illə müqayisədə xeyli azalıb


Astara rayonunda ictimai sabitliyin təmin olunması və cinayətkarlığa qarşı mübarizə sahəsində əldə olunmuş uğurlar hüquq mühafizə orqanlarının bələdiyyələr və ərazi icra nümayəndəlikləri ilə birgə fəaliyyətinin nəticəsidir.

Bu fikir Astara Rayon İcra Hakimiyyəti yanında şura iclasında səsləndirilib.

Yığıncaqda rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Bəsti Əliyevanın “Astara rayonunda ictimai sabitliyin təmin olunması və cinayətkarlığa qarşı mübarizə sahəsində görülən işlər” barədə məruzəsi dinlənilib.

Qeyd olunub ki, ötən ilin müvafiq dövründə rayonda 217 cinayət hadisəsi qeydə alınmışdısa, bu il bu rəqəm 179 olub. Bu, 38 cinayət faktının azalması deməkdir. Cinayət hadisələrinin 88 faizi açılıb.

Bildirilib ki, rayonda cinayətkarlığın vəziyyətinin müqayisəli şəkildə təhlili göstərir ki, bir sıra cinayətlərin, o cümlədən şəxsiyyət əleyhinə, ictimai təhlükəsizlik, mülkiyyət məsələləri və iqtisadi sahə ilə bağlı cinayətlərin sayı xeyli azalıb.

Rayonun inzibati ərazi dairələri üçün xarakterik olan cinayətlər əsasən ailə münaqişəsi zəminində, torpaqla bağlı qonşu mübahisələri zamanı baş verən şəxsiyyət və mülkiyyət əleyhinə, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olub.

Diqqətə çatdırılıb ki, rayonda ictimai sabitliyin təmin olunması və cinayətkarlığa qarşı mübarizə sahəsində əhali arasında maarifləndirmə işləri gücləndirilməli, bu sahədə hüquq mühafizə orqanları ilə ictimaiyyətin bütün təbəqələrinin birgə fəaliyyəti təmin olunmalıdır.

Toplantıda rayon prokuroru Qabil Qasımov, rayon polis şöbəsinin rəis müavini Rövşən Mirəliyev, rayon məhkəməsinin sədri Zamin İbrahimov, Şahağac kənd ərazi icra nümayəndəsi Rəşad Həsənov çıxış edərək rayonda ictimai asayişin qorunması və cinayətkarlığa qarşı mübarizə sahəsində görülmüş işlərdən danışıb, müzakirə edilən məsələlərlə bağlı rəy və təkliflərini bildiriblər.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayonun inzibati ərazi dairələri üzrə nümayəndəliklərində ictimai sabitliyin təmin olunması və cinayətkarlığın qarşısının alınması məqsədilə profilaktiki tədbirlərin görülməsi, baş vermiş hadisələrin təhlili və ictimai müzakirələrin aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Geri dön