Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Nikola Sarkozi Serj Sarkisyana göndərdiyi məktubunda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəfli mövqe nümayiş etdirib
Nikola Sarkozi Serj Sarkisyana göndərdiyi məktubunda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəfli mövqe nümayiş etdirib |
“1915-ci ildə xalqınıza qarşı törədilmiş talanlar onu törədənlərin varisləri tərəfindən etiraf edilməyincə, Fransa üzərinə düşən öhdəlikdən geri çəkilməyəcək”
“Şübhə etmirəm ki, lazımi anda ölkənizdə və regionda sülh və rifah üçün riskə gedərək Ermənistanın gələcəyində izinizi qoyacaqsınız”. APA-nın Ermənistan prezidentinin saytına istinadən verdiyi məlumata görə, bu sözlər Fransa prezidenti Nikola Sarkozinin bir müddət əvvəl regiona səfəri münasibətilə Serj Sarkisyana ünvanladığı məktubdandır. Məktubunda Dağlıq Qarabağ münaqişəsinin həllinə də toxunan Fransa lideri bildirib ki, ölkəsi münaqişənin danışıqlar yolu ilə həlli prosesində Ermənistanın yanındadır: “Əmin olun ki, Fransa ölkəniz qarşısında dayanan problemlərin, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesində daim yanınızdadır”. N. Sarkozi Ermənistana səfəri zamanı uydurma “erməni soyqırımı” abidəsini ziyarət etməsinə xüsusi toxunub: “Səfərdən mənim xatirimdə qalan ən həyəcanlı məqam Genosid Memorial Kompleksini ziyarət etdiyim, 1915-ci il aprelin 24-də xalqınız barəsində çıxarılmış qətl hökmünün qurbanlarının xatirəsinə ehtiram bildirdiyim zaman keçirdiyim hisslərdir. Əmin olun ki, xalqınıza qarşı törədilmiş bu talanlar onu törədənlərin varisləri tərəfindən etiraf edilməyincə, Fransa üzərinə düşən öhdəlikdən geri çəkilməyəcək”. Fransa prezidenti məktubunda Fransa-Ermənistan münasibətlərinin inkişafına dair fikirlərini də açıqlayıb. Geri dön |