Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İnsanları ən çox öldürən 10 SƏBƏB
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > İnsanları ən çox öldürən 10 SƏBƏB

İnsanları ən çox öldürən 10 SƏBƏB


Ümumdünya Səhiyyə Təşkilatı hər il dünyada insanların ölümünə yol açan əsas 10 səbəblə bağlı geniş hesabat yayımlayır. 2017-ci ilin yekun statistikası yalnız gələn ilin ortalarında açıqlanacağından Modern.az 2016-cı ildə dünyada insanların ölümünə səbəb olan 10 başlıca səbəb haqda informasiyanı təqdim edir.

Ümumdünya Səhiyyə Təşkilatı 2016-cı ildə 57,1 milyon insanın öldüyünü bildirir. Bu ölümlərin 53,2%-i aşağıdakı 10 səbəblə bağlıdır.

1 və 2. Ürəyin işemik xəstəliyi və insult
Bu iki xəstəlik insan ölümlərinə görə 15 ildir ki, rekord qırır. Ürək problemləri hər il 15-17 milyon insanın həyatdan köçməsinə səbəb olub.

3. Aşağı nəfəs yollarının infeksiyası
Bu ən ölümcül infeksion xəstəlik sayılır. Ötən il bu xəstəlik 3,3 milyon insanın həyatdan köçməsinə səbəb olub.

4. Ağciyərin obstruktiv xəstəliyi
Bu xəstəlikdən ildə 3,1 milyon insan keçinir.

5. Ağciyət xərçəngi
Bu diaqnoza bronx xəstəlikləri və ağciyər xərçəngi aid edilir. İldə bu xəstəlik 1,7 milyon can alır.

6. Şəkərli diabet
İldə 1,6 milyon insanın həyatını əlindən alan xəstəlikdir. Diabet 2000-ci ildən bəri planet sakinləri arasında 30%-dən çox artım göstərib və sürətlə artmağa davam edir.

7. Demensiya
Demensiya hər il artmaqda olan daha bir ağır xəstəlikdir. Bu xəstəlik ildə 1,4 milyon insanı öldürür.

8. Diareya xəstəlikləri
Bu xəstəliyin yayılma miqyası xeyli azalıb. Son statistik məlumatlara görə, ildə 1,4 milyon insan diareya xəstəliklərindən keçinir.

9. Vərəm
Vərəm sürətlə müalicəsi və əhatə dairəsi daralan xəstəliklərdən olsa da, ondan hər il 1,3 milyon insan ölməkdə davam edir.

10. Yol-nəqliyyat qəzaları
Yol qəzalarında hər il 1,2 milyon insan ölüb. Onlardan 1,1 milyon nəfəri, yaxud 76%-i kişi cinsindəndir.

Geri dön