Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Alimlərin fikrincə, pomidor dərinin uzun müddət cavan qalmasına kömək edir
Alimlərin fikrincə, pomidor dərinin uzun müddət cavan qalmasına kömək edir |
Britaniyanın Nyukasl universitetindən olan alimlər apardıqları araşdırma nəticəsində bu qənaətə gəlmişlər ki, adi pomidor dərinin uzun müddət cavan qalmasına və onu günəşin yandırmasından qorumağa kömək edir.
Tədqiqatda yaşı 21-dən 47-yə qədər olan zərif cinsin nümayəndələri iştirak etmişlər. Könüllü iştirakçıların bir qisminə gündə 55 qram standart tərkibli tomat pastası və 10 qram zeytun yağı, ikinci qrupdakı iştirakçılara isə yalnız zeytun yağı verilmişdir. Araşdırmanın əvvəlində və sonunda bütün iştirakçılar günəş işığında ultrabənövşəyi şüaların təsirinə məruz qalmışlar. Eksperiment başa çatandan sonra alimlər bildirmişlər ki, birinci qrupa daxil olan qadınların göstərdiyi nəticə daha yaxşıdır. Tomat həm onların dərisinin daha elastik olmasına imkan vermiş, həm də dəri qatını ultrabənövşəyi şüalardan xilas etmişdir. Alimlər pomidorun bu xassəsini onun tərkibində likopin maddəsinin olması ilə izah edirlər. Emal edilmiş pomidorun, yəni tomat pastası, tomat şirəsi, təbii ketçup və tomatlı supun tərkibində likopinin konsentrasiyası daha yüksək olur. Geri dön |