Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Naxçıvan Diaqnostika- Müalicə Mərkəzində növbəti açıq ürək əməliyyatlarına başlanmışdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Naxçıvan Diaqnostika- Müalicə Mərkəzində növbəti açıq ürək əməliyyatlarına başlanmışdır

Naxçıvan Diaqnostika- Müalicə Mərkəzində növbəti açıq ürək əməliyyatlarına başlanmışdır


Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclis sədrinin tapşırığı ilə kardiocərrahiyyə, uroloji, plastik, göz, angioqrafiya və digər yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikaya gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin intensiv qaydada icra olunması davam edir.
Naxçıvan MR Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nazirliyin təşkilatçılığı ilə Mərkəzi Neftçilər Xəstəxanası ürək-damar xəstəlikləri mərkəzinin 29 nəfərlik həkim heyəti iyunun 9-da Naxçıvana gəlmişdir. Mərkəzin ürək- damar xəstəlikləri şöbəsinin müdiri Seymur Musayev, həkim briqadası son 2 gün ərzində Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 6 açıq ürək əməliyyatı həyata keçirmişdir. Əməliyyat və müayinələrdə yerli həkimlər də yaxından iştirak etmişlər. Onların iştirakı ilə ürək əməliyyatına ehtiyacı olan xəstələr əvvəldən müəyyən olunaraq növbəyə alınmışlar. Bütövlükdə 20 xəstə üzərində açıq ürək əməliyyatı aparılması nəzərdə tutulmuşdur.
Layihəni həyata keçirmək üçün Mərkəzi Neftçilər Xəstəxanası ürək-damar xəstəlikləri mərkəzinin müdiri Rəşad Mahmudov və italiyalı mütəxəssis Ermanno Mazza da 2 gün sonra Naxçıvana gələrək açıq ürək əməliyyatlarını həftənin sonunadək davam etdirəcəklər.
Briqadanın fəaliyyəti dövründə müayinə ediləcək pasiyentlərdə müşahidə olunan gizli ürək xəstəlikləri və onların risk amilləri araşdırılacaq, ürək xəstəliyi aşkarlanan xəstələrin sonrakı müayinə və müalicələri diqqət mərkəzində saxlanılacaqdır.
Yüksəkixtisaslı mütəxəssislər yerli həkimlərlə birlikdə Naxçıvan MR Dövlət Energetika Agentliyində energetikləri kütləvi şəkildə kardioloji müayinədən keçirəcəklər.
İyunun 14-də Milli Qurtuluş Günü və Naxçıvan MR Kardioloji Mərkəzinin açılışı münasibəti ilə aparıcı ürək-damar mütəxəssislərinin və yerli həkimlərin iştirakı ilə Naxçıvan Dövlət Universitetinin konservatoriya korpusunda “Ürək–damar xəstəliklərinin bu günü və sabahı” mövzusunda elmi-praktiki konfrans keçiriləcəkdir.

Geri dön