Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Kərkükdən gələn qonaqlar Daglıq Qarabağda
Kərkükdən gələn qonaqlar Daglıq Qarabağda |
“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan-İraq mədəni əlaqələri: dünəni, bu günü və gələcəyi” adlı bir həftəlik tədbirlər silsiləsi çərçivəsində millət vəkili Qənirə Paşayevanın dəvəti ilə respublikamızda səfərdə olan İraq türkmanlarından ibarət nümayəndə heyəti 11 iyun 2012-ci il tarixində Qarabağa, Xocavənd rayonuna səfər edib.
İcra Hakimiyyətinin inzibati binasında keçirilən görüşdə qonaqları salamlayan Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Kərküklü soydaşlarımızı respublikamıza, o cümlədən ön cəbhədə yerləşən Xocavəndə gəlişlərindən bir vətəndaş və rayon İcra Hakimiyyətinin başçısı kimi çox məmnun olduğunu bildirib. Dağlıq Qarabağ problemi, Ermənistanın Azərbaycana əsassız topaq iddiaları barədə tarixi faktları, hadisələrin xronologiyasını yığcam şəkildə şərh edən Eyvaz Hüseynov Azərbaycanın öz haqq işində qalib gəlmək əzmində olduğunu da vurğulayıb. Millət vəkili 15 iyun Milli Qurtuluş günü ərəfəsində Kərküklü ictimai və sənət xadimlərinin Qarabağa gəlişini əlamətdar hadisə adlandırıb. Bu torpaqların hər qarışının şəhid qanı ilə suvarıldığını, qəhrəman Xocavəndlilərin öz torpaqlarına yüksək vətən sevgisi ilə bağlı olduqlarını vurğulayan millət vəkili İraqlı soydaşlarımızın qarabağlıları yaxşı anladığını qeyd edib. Millət vəkili İraqlı soydaşalarımızın bir sıra qeyri-hökumət təşkilatları və Azərbaycanın “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi və bir sıra qeyri-hökumət təşkilatlarının təmsil olunacağı və Azərbaycan həqiqətlərini, Qarabağ həqiqətlərini, İraqlı soydaşlarımızın səsini dünyaya daha geniş çatdırmaq üçün məsləhətləşərək Qarabağ (Azərbaycan) -Kərkük ( İraq) – dayanışma platformu yaratmaq qərarına gəldiklərini bildirərək bu platformun məhz Xocavənddə, Dağlıq Qarabağda elan olunmasını məqsədəuyğun saydıqlarını vurğulayıb. O bildirib ki, millətimizin üzvlərinin yaratdığı qeyri-hökumət təşkilatları harada yaşamasından asılı olmayaraq milli məsələlərimizdə birlik, bərabərlik və dayanışma içində çalışmalıdır. Qənirə Paşayeva həm Qarabağın, həm də Kərkükün problemini, dərdini, sərini qanında az da olsa türk qanı axan hər kəsin dərdi saydığını vurğulayıb. Qonaqlar adından çıxış edən İraq parlamentinin keçmiş üzvü, tanınmış ictimai-siyasi xadim, ədib Fövzi Əkrəm Tərzioğlunun hələ respublikamıza gəlməmişdən öncə qələmə aldığı 1001 bəndlik “Azərbaycan Dastanı” poemasından bir parça səsləndirməsi iştirakçıların alqışları ilə qarşılanıb. Fövzi Əkrəm Tərzioğlu Qənirə Paşayeva və Eyvaz Hüseynova öz minnətdarlığını bildirərək belə görüşlərin, qarşılıqlı gediş-gəlişlərin gələcəyə yönəlik layihələrə dönüşməsinin vacib və qaçınılmaz olduğuna inandığını qeyd edib. Sonra qonaqlardan dr. Şəmsəddin Kuzəçi, dr. Mustafa Ziya, Türkməneli İşbirliyi və Kültür Vəqfinin başqanı Fatih Türcan Azərbaycan Respublikasında özlərini evlərində kimi hiss etdiklərini, burada şahid olduqları yüksək qonaqpərvərlik və Kərkük Sevdasından məmnunluqlarını ifadə ediblər. F. Türcan təmsil etdiyi vəqf adından Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynova özəl plaket təqdim edib. Tədbirdə çıxış edən ədəbiyyatşünas alim, professor Vaqif Arzumanlı Azərbaycan-İraq ədəbi əlaqələrinin daha da möhkəmlənməsi sahəsində belə tədbirlərin tez-tez keçirilməsinin vacibliyini vurğulayıb. O, xocavəndlilərin öz qanları hesabına torpaqlarını qoruyub saxladıqlarını çox yüksək qiymətləndirdiyini qeyd edib. Görüşün sonunda qonaqlara “Qarabağ: real faktlar, həqiqətlər, sənədlər” kitabı, Qaradağlı soyqırımı ilə bağlı yazılı və elektron vəsaitlər təqdim edilib. Geri dön |