Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu il Bakıda 600 körpə az çəkili və ya ağır qüsurlarla doğulub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Bu il Bakıda 600 körpə az çəkili və ya ağır qüsurlarla doğulub

Bu il Bakıda 600 körpə az çəkili və ya ağır qüsurlarla doğulub


Bu il ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) 693 600-dən artıq ümumi müraciət daxil olub ki, bu da keçən illə müqayisədə 12 000 müraciət çoxdur.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, bu müraciətlərdən 63 300-dən çoxu xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 82 000-dən, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 12 500-dən artıq olub ki, bu rəqəmdə azalma qeyd edilir.
Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2000 nəfərdən çox olub. Ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 150 325, hospitalizasiya 12354; miokard infarktı ilə müraciətlərin sayı 865, hospitalizasiya 814-ə yaxın; insultla müraciətlərin sayı 3728, hospitalizasiya 3311 olub. Keçən illə müqayisədə miokard infarktı ilə bağlı müraciətlərin sayında azalma, insultla bağlı müraciətlərin sayında isə artım müşahidə olunur.
Doğuşla bağlı müraciətlərin sayı 3099, hospitalizasiya 3084; tibb müəssisəsindən kənar doğuşların sayı 94 olub ki, onların da 93 hospitalizasiya olunub. BŞTTTYS-nın bölmələrinə (ambulator) birbaşa müraciətlərin sayı 31510, hospitalizasiya 2591 olunub.
Ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 24 895, hospitalizasiya 16 734 olunub. Bədbəxt hadisələr zamanı xəsarət alanların çox hissəsini travmalar (zədələnmələr) təşkil edir. Travmalara məişət, nəqliyyat, istehsalat və digər zədələnmələr aiddir. Zədələnmələrin ümumi sayı 20114, hospitalizasiya 12 543, bunlardan avtoqəza zamanı xəsarət alanların sayı 2363, hospitalizasiya 2058 olub.
Bundan başqa, bu il ərzində BŞT və TTYS-na nəqliyyat hadisəsi səbəbindən 2363 müraciət daxil olub. Bu hadisələr nəticəsində 2058 nəfər hospitalizasiya olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə avtoqəzaların sayında azalma müşahidə olunur. Belə ki, 2016-cı il ərzində baş verən 2430 nəqliyyat hadisələri nəticəsində 2122 nəfər hospitalizasiya olunub. Bu da avtoqəzaların sayında 67, hospitalizasiyada isə 64 halda azalma deməkdir.
Uzaq rayonlardan gətirilən 22 nəfər və paytaxtın doğum evlərində anadan olan az çəkili və ya ağır qüsurlarla doğulmuş 600 körpə Respublika Perinatal Mərkəzinə, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna hospitalizasiya icra edilib.
Təcili tibbi yardıma ehtiyacı olan 335 nəfər yaşayış yeri məlum olmayan şəxs ilkin tibbi yardım göstərilərək cərrah, travmatoloq, toksikoloq və rentgen müayinəsindən keçdikdən, təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilib.

Geri dön