Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Soyuq havada xəstəliklərdən belə qorunun - Dəyərli məsləhətlər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Soyuq havada xəstəliklərdən belə qorunun - Dəyərli məsləhətlər

Soyuq havada xəstəliklərdən belə qorunun - Dəyərli məsləhətlər


Payız və qış aylarının soyuq günlərində xəstəliklərdən qorunmaq üçün xüsusilə C vitamini ilə zəngin qidalara önəm vermək lazımdır.

Soyuq havada sizə lazım olan qidalar haqqında məlumatı təqdim edirik:

Payız və qış aylarında C, A və E vitamini baxımından zəngin olan qidalar yeyin. Güclü metabolizmanın təməlində kifayət qədər və balanslı qidalanma durur. Qidalanmada C vitamininə xüsusi yer verilməlidir. Bu vitamin yaşıl bibər, cəfəri, gül kələmi, tərə, ispanaq, portağal, limon, naringi, itburnu kimi qidalarda bol miqdarda var.

Digər vacib antioksidant olan E vitamininin zəngin qaynaqları fındıq, qoz, badam kimi yağlı toxumlar, duru yağlar, yaşıl yarpaqlı tərəvəzlər, quru paxlalılar və taxıl kimi qidalardır.

A vitamini də güclü antioksidantdır. Yumurta, süd, balıq, ispanaq, portağal, kök, yaşıl bibər, ərik kimi sarı, narıncı və yaşıl meyvə və tərəvəzlərdə var. Həftədə 2-3 dəfə quru lobya, noxud, mərcimək kimi quru paxlalılar yeyilməlidir.

Yemək zamanı qatıq, ayran və ya kefirə mütləq yer verilməlidr. Gün ərzində çalışın bol miqdarda su için. Çay və ya qəhvə yerinə bitki çayları için. Onların arasında itburnu, adaçayı, cökə kimi bitki çaylarına üstünlük verin. Bunların isə bədənə təsirlərini nəzərə alaraq, təbii üsullarla qurudulmuş olması və çay halına gətirilməsi üçün dəmlənmə müddətinə xüsusi diqqət edilməlidir.

C vitamini başda olmaqla hər yemək zamanı meyvə və tərəvəz yemək vacibdir. Şorba kimi maye dəyəri yüksək olan yeməklərə üstünlük verin, bədəndən toksin maddələrin uzaqlaşdırılması üçün bol su için.

Soyuq havada ürəyinizi qoruyun

Ürək xəstəlikləri soyuq havada diqqət edilməsi lazım olan xəstəliklər qrupuna başçılıq edir. Həyat tərzinizi mümkün qədər mövsümə görə uyğunlaşdırın. Çünk infarkt riski qış aylarında ciddi sürətdə artır. Bunun səbəbi soyuq havanın yaratdığı damarlarda büzülmə və qışda hərəkətliliyin azalmasıdır. Soyuq hava ürək xəstəliyi olmayan insanlarda belə, sinə ağrısına səbəb olur. Buna görə də mövsümə uyğun geyinməli, dərmanlar nizamlı olaraq qəbul edilməli, fiziki aktivlikdə fəal olmaq lazımdır. Əgər soyuq havada sinə ağrınız şiddətlənərsə, mütləq həkimə müraciət edin.

Yaş saçlarla küçəyə çıxmayın

Soyuq hava herpes virusunu aktivləşdirir. Bunun nəticəsində üz iflici yaranır. Üzün bir tərəfində qaşı qaldırmaq, gözü bağlamaq, ağız hərəkətləri edə bilməmək ilk göstəricilərdir. Üz iflicindən qismən qorunmaq mümkündür. Buna görə də nəmli saçlarla küçəyə çıxmayın. Soyuq havada uzun müddət açıq məkanda durmayın, getdiyiniz maşının pəncərəsi açıq olmamalıdır.

Göz qızarması

Soyuq havada ən çox rast gəlinən narahatlıqlardan biri də qırmızı göz xəstəliyidir. Soyuq hava və külək insanın üzünə vurduğu zaman gözdə qaşınma və yanma baş verir. Bu, müalicəsi olan, lakin ciddi xəstəlikdir. Buna görə də soyuq və küləkli havada gözlərin ətrafını bağlayan eynəklərdən istifadə edin. Eyni zamanda kondinsioner və saç qurudan alətin küləyinin gözlərinizə doğru vurmamasına diqqət etmək məsləhətdir. Ümumiyyətlə, qış aylarında soyuqdan qorunmaq üçün üzünüzə nəmləndirici və qidalandırıcı kremlər çəkin, hətta günəşdən qoruyucu krem də istifadə edin, bol maye qəbul edin, təzə meyvə-tərəvəz yeyin.

Geri dön