Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Son 10 ildə talassemiyadan ölüm göstəricisi 5 dəfə azalıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Son 10 ildə talassemiyadan ölüm göstəricisi 5 dəfə azalıb

Son 10 ildə talassemiyadan ölüm göstəricisi 5 dəfə azalıb


Son 10 ildə talassemiyadan ölüm göstəricisi 5 dəfə azalıb. Hazırda 3100 xəstə bu mərkəzdə daimi müalicə alır, onlardan 2977 nəfər talassemiya xəstəsidir”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu Nazirliyin geniş tərkibli kollegiya iclasında Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov deyib.

Şöbə müdiri bildirib ki, cari ildə 12 sümük iliyi transplantasiyası aparılıb, onlardan 1 nəfər kəskin leykoz, 1 nəfər aplastik anemiya, digər 10 nəfər isə böyük beta-talassemiya xəstəsi olub: “İl ərzində nikaha daxil olmaq istəyən 130 minə yaxın insanın qan nümunəsi müayinə olunub. Onların arasında 3611 talassemiya daşıyıcısı, 103 qazanılmış immun çatışmazlığı sindromu, 422 sifilis xəstəliyi aşkar edilib. Müayinə olunanların arasında talassemiyalı 38 cütlük aşkar olunub. Bu cütlüklərdən hamilə qalmış 24 qadının hər birindən götürülmüş döl materialının müayinəsi aparılıb. Nəticədə 4 sağlam, 14 daşıyıcı, 6 xəstə döl aşkarlanıb. Ümumilikdə, xəstəlik müəyyən edilmiş 10 halda qadınlara hamiləliyin pozulması məsləhət görülüb və həyata keçirilib. Bu da o deməkdir ki, artıq Azərbaycanda talassemiyalı xəstə uşaqların doğulmasının qarşısı alınması istiqamətində konkret addımlar atılır”.

G. Poladov qeyd edib ki, hazırda respublikada 1583 hemofiliyalı xəstə qeydiyyatdadır: “Bu xəstəlikdən yaranan əlilliyin və ölüm hallarının azaldılmasına nail olunub. Habelə son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. Əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır. Belə ki, 2010-cu ildə 19,5 ton qan tədarük edilmişdirsə, 2017-cı ildə bu rəqəm 37 tondan çox olub. Hazırda tibb müəssisələrinin və xəstələrin “təhlükəsiz” donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənilir”.

Geri dön