Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Narkomaniyaya qarşı peyvənd hazırlandı - GÖZLƏNİLMƏZ...
Narkomaniyaya qarşı peyvənd hazırlandı - GÖZLƏNİLMƏZ... |
ABŞ-ın “Uolter Rid” Milli Hərbi Tibb Mərkəzinin alimləri heroinin beyinə təsirinə maneə törədə bilən maddə sintez edib. Bu haqda Lenta.ru xəbər yayıb. Dərman artıq heyvanların - laboratoriya siçovulları və siçanların üzərində sınaqdan keçirilmişdir. Qeyd edilir ki, yeni dərman preparatı qəbul edildikdən sonra opioid molekullarının qan-beyin baryerindən keçməsinə mane olan anticisimlər buraxır. Narkoman üçün bu, o deməkdir ki, psixoaktiv təsirlərin həcmindən asılı olmayaraq o, qəbul etdiyi narkotikin təsirini hiss etməyəcək. Tədqiqatçılar qeyd edirlər ki, yeni dərman yalnız heroinin deyil, digər opioidlərin də beyinə daxil olmasının qarşısını alır. Mütəxəssislərə testləri başa çatdırmaq üçün təxminən bir neçə il gərək olacaq. Sultan Laçın Geri dön |