Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yataq otağınıza bir dilim limon qoyun - Möcüzənin şahidi olacaqsınız
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Yataq otağınıza bir dilim limon qoyun - Möcüzənin şahidi olacaqsınız

Yataq otağınıza bir dilim limon qoyun - Möcüzənin şahidi olacaqsınız


Limon qoxusu sadəcə xoş təəssürat oyatmaqla kifayətlənmir, səhhətə də faydalıdır.

Enter.News limonun faydaları haqda məlumatı təqdim edir:

Gərginliyi azaldır

Stress hər birimizin problemidir. Səhərədək yerimizdə qurcalanmağın səbəbi də stressdir. Lakin komodun üstünə qoyulmuş limon dilimləri biz yuxuda olarkən bu stressi aradan götürür və rahat yuxunu təmin edir.

Diqqəti toplamağa kömək edir

Yatmazdan əvvəl hər birimiz müəyyən bir məsələ haqda düşünür, diqqətimizi ona cəmləməyə çalışırq. Ancaq davamlı olaraq hansısa məsələdən narahatsınızsa və üstəlik yuxusuzluq probleminiz varsa, psixoloji gərginlik yaranır. Limon isə bu diqqət dağınıqlığını aradan qaldırır.

Daha yaxşı nəfəs almağı təmin edir

Yatarkən burnunuz tutulursa, antioksidan və antibakterial limon qoxusu köməyinizə çata bilər.

Ağcaqanadları uzaqlaşdırır

Ağcaqanadlar gecə boyunca sizi narahat edirsə və sancırsa onlardan qurtulmağın ən asan yolu baş ucuna qoyulmuş limondur. Limon ağcaqanadların sevmədiyi meyvədir.

Sabah daha enerjili və gümrah oyanacaqsınız:

Gecə boyunca yaxınlığınızda olan limon səhər gümrah və enerjili oyanmağınızı təmin edir. Bundan başqa yuxudan erkən dura bilməyənlər də limon qoxusu sayəsində rahatlıqla oyana biləcəklər.

Havanı təmizləyir

Limon təkcə otağa xoş qoxu yaymır, eyni zamanda havanı təmizləyir. Hətta yeni boyanmış otağın qoxusunu aradan qaldırmaq üçün limondan istifadə edilə bilər.

Qan təzyiqini azaldır:

Qan təzyiqindən əziyyət çəkən insanlar üçün ən yaxşı vasitə limondan başqası deyil.

İştah açır

Limon iştah açmaqla yanaşı, həzm sisteminin normal fəaliyyətini tənzimləyir.

Qripin dərmanıdır

Soyuqdəymə, öskürək zamanı limonun faydası inanılmazdır. Mikrobları öldürür.

Digər faydaları

Bədəndəki ağrıları aradan qaldırır, hərarəti və təzyiqi endirir.

Qanı təmizləyir və qan dövranınını yaxşılaşdırır.

Bundan başqa, sidik kanalındakı infeksiyaları təmizləyir.

Üzdəki sızanaqları müalicə edir. Ürək bulanması və baş gicəllənməsini aradan götürür.

Qarqara üçün də istifadə olunur: dişləri ağardır, diş minasını gücləndirir.

Geri dön