Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bağışla,bağışla,bağışla bizi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Bağışla,bağışla,bağışla bizi

Bağışla,bağışla,bağışla bizi


Dekabrın 23-də dağlara zirvələr fəth etməyə dördgünlük səfərə çıxan

alpinistlərimizdən hələ də xəbər yoxdur.

Axtarışlar davam edir....





Bağışla,bağışla,bağışla bizi



Qar altında qalan cənclər,

qar altında qalan o qız

nə qədər ki tapılmayıb,

gözümüzə yuxu getmir.

Gör neçə gün

qulağımız bir xoş xəbər arzusunda,

bir "Tapıldı !!!" sözündədir....

Bütün dünya gözümüzdə
heç nədədir...

Söyləyirik "dözün,dözün!"

Bu havada dözmək nədir,

dözüm nədir?

Özümüzü aldadaraq,

möcüzədən bir xoş xəbər gözləyirik.

Neçə gündür xəbər yoxdur,

səhər axşam, axşam səhər gözləyirik.

Alpinistlər dağda qalıb

bu soyuğda,bu sazaqda,

gözləyirik...

Bu soyuqda, bu çovğunda

duamızın cavabını gözləyirik.

ölə-ölə gözləyirik.

Möcüzənin

dağlarda çin olmasının sorağını,

yalanları bölə-bölə gözləyirik.

Gözləməyin çarəsi

yox,

bu soyuğun amanı yox,

itib-batan amanların gümanını

yana yana gözləyirik.

Gümanların,bəlkələrin
puçluğunu,yoxluğunu

qana-qana ,

bilə-bilə gözləyitik.

Ulu tanrı, əfv et bizi,
anaları,ataları,iki gənci,o bir qızı.
Bir qələtdir eyləmişik,
fəsadları

əvvəlcədən bilməmişik,
bir qələtdir eyləmiçik.

Nə yamandır ayaq üstə ölməyimiz,

belə- belə işlərimiz

kifayətdir neyləmişik.

Əfv et büzi,

bundan sonra gərək bilək,

işimizi ,gücümüzü...

Nazim Nəsrəddinov.

02.01.2018.

Geri dön