Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Azərbaycan ötən il müxtəlif cinayətlərdə ittiham olunan 11 nəfəri Türkiyəyə təhvil verib
Azərbaycan ötən il müxtəlif cinayətlərdə ittiham olunan 11 nəfəri Türkiyəyə təhvil verib |
Azərbaycan ötən il müxtəlif cinayətlərdə ittiham olunan 11 nəfəri Türkiyəyə təhvil verib.
Məlumatı Türkiyə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsi yayıb. İnformasiyaya əsasən, 2017-ci ildə Türkiyəyə 32 ölkədən 108 nəfər ekstradisya olunub. Bu siyahıda birinci yerdə Almaniya gəlir. Bu ölkə il ərzində müxtəlif cinayətlərdə təqsirləndirilən 17 nəfəri Türkiyəyə təhvil edib. 2017-ci ildə Gürcüstandan 13, Azərbaycandan 11, Şimali Kipr Türk Cümhuriyyətindən 10, Bolqarıstan, Rumıniya, Səudiyyə Ərəbistanı və Ukraynanın hər birindən 4 nəfər Türkiyəyə ektradisiya edilib. Ötən il ilk dəfə olaraq, Peru, Kosovo, Monteneqro, Myanma, Tailand, Malayziya və Çin də şübhəliləri rəsmi Ankaraya təhvil verib. DİN-in Təhlükəsizlik Baş İdarəsindən bildirilib ki, 2017-ci ildə Türkiyə 21 şübhəli şəxsi öz ölkələrinə ekstardisiya edib. Məlumata görə, rəsmi Ankara Azərbaycan və İspaniyanın hər birinə 3 nəfər, Tacikistan, İngiltərə, İsveç hər birinə 2, Bolqarıstan, Qazaxıstan, Fransa, Mərakeş, Makedoniya, Paraqvay, Avstriya, Almaniya və Serbiyaya isə 1 şübhəli təhvil verib. Geri dön |