Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əlimərdan bəy Topçubaşov haranın məzunudur? - TARİX
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Əlimərdan bəy Topçubaşov haranın məzunudur? - TARİX

Əlimərdan bəy Topçubaşov haranın məzunudur? - TARİX


Tədqiqatçılar yanlışlığı düzəltməlidir

Bu il mayın 4-də görkəmli dövlət xadimi, hüquqşünas, jurnalist Əlimərdan bəy Topçubaşovun anadan olmasının 150 ili tamam oldu. Ə.Topçubaşovla bağlı “Ziyayi-Qafqasiyyə” qəzetinin 26 iyun 1884-cü il tarixli 11-ci nömrəsində çap olunmuş bir yazının oxucular və tədqiqatçılar üçün maraqlı olacağı şübhəsizdir.

Qeyd edək ki, qəzetin naşiri və sahibi mətbuat tariximizdə öz dəsti-xətti olan Səid Ünsizadə idi.

“Ziyayi-Qafqasiyyə”də Qoridən verilən xəbəri olduğu kimi oxuculara çatdırırıq:

“Qorı Darülmüəllimün Məktəbinin şagirdlərinə bu ildə (1884-cü ildə) imtahanın nəticəsi bu olubdur ki, 35 nəfər şagirdlər çox əla imtahan dutub cümləsinə (Attestat) şəhadətnamə verilübdür. Bunlardan 13-ü rusdur, 7-i gürcüdür, 4-ü polyakdır və bir yəhudidir və bir ğreqdir və 2 dəxi İslamdır. Bu islamlardan biri Şuşa şəhrinin bəyzadələrindən Nəsrulla bəy Tahirovdur və biri dəxi Tiflis bəyzadələrindən Əlimərdan bəy Topçubaşovdur”.

Məsələ burasındadır ki, Ə.Topçubaşov haqqında yazanların hamısında onun 1884-cü ildə Tiflis gimnaziyasını qurtardığını yazır. Biz bu faktı dəqiqləşdirmək üçün tədqiqatçıları diqqətli olmağa çağırmışdıq. Bu barədə ilk dəfə “Yeni fikir” qəzetinin 24 iyul 1991-ci ildəki 29-cu sayında oxuculara xəbər vermişdik. Təəssüf ki, tədqiqatçılar o vaxt bu fikrə münasibət bildirmədilər.
Bəlkə, budəfəki retroxəbər Ə.Topçubaşov tədqiqatçılarını düşünməyə məcbur edəcək.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının Azərbaycan dili və ədəbiyyat bölməsinin üzvü

Geri dön