Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bronxial astmalı xəstələrin 50 faizi dərmanlardan düzgün istifadə etmir!!
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Bronxial astmalı xəstələrin 50 faizi dərmanlardan düzgün istifadə etmir!!

Bronxial astmalı xəstələrin 50 faizi dərmanlardan düzgün istifadə etmir!!


Bronxiaı astma tənəffüs yollarının xroniki və təkrarlanan xəstəliyidir.Son illərdə bu xəstəliyinin artması müşahidə olunur.
Astmanın inkişafının ən əhəmiyyətli risk faktorları: ailə anamnezində allerqoloji hallar,məsələn ana və atada,yaxud qan qohumluğu olan kimdəsə allergik halların,bronxial astmanın olması,ekzema, həmçinin ev tozu gənələri, ev heyvanları (xəzli), tarakan və göbələklərin (Аlternariа, Аsреrgillus, Саndidа, Реniсillinum) inhalyasion allergenlərinə, qida əlavələri, dərman vasitələri və peşə allergenlərinə qarşı sensibilizasiya, keçirilmiş respirator virus infeksiyaları (sinsitial, rinovirus, erkən körpə yaşlarında bronxiolit və s.), siqaret çəkmə, sənaye tullantıları, immunoloji reaktivliyin aşağı düşməsi, əlverişsiz iqlim şərtləri və digərləridir.
Əgər valideynlərdən,yaxud qan qohumlugu olan kimdəsə astma və ya digər allergik əlamətlər varsa uşaqlarda da olma ehtimalı yüksəkdir.Ona görə uşaqlara valideynləri tərəfindən nəzarət olunmalıdır.Əgər uşaqda allergik əlamətlər görulərsə pediatr allerqoloqa muraciet etmelidirlər,çunki mualicəsiz və nəzarətsiz qalan kicik allergik əlamətlər gələcəkdə Bronxialt astma ilə ağırlaşa bilər.
Bronxial astmada dərmanlar daha cox xəstələrə aerzol və inhalyasiya şəklində verilir,bu zaman dərman bir başa xəstə orqana yani bronxa getdiyinə görə ,dərmanların dozası tabletkalardan həm kiçik olur həmdə əlavə təsirləri çox az olur.Lakin hər 2-3 xəstədən biri bu dərmanların onlara az təsir etdiyini və ya təsir etmədiyini deyir,yaxud müalicənin axırında xəstə həkimə gələndə dərmanın effekt vermədiyi görülür.Araşdırmalardan məlum olmuşdur ki Aerzollardan istifade eden xəstələrin çox hissəsi həmin dərmanlardan düzgün istifadə etmir,Nəticədə təyin edilmiş dərman ya bronxa çatmir ya da çox hissəsi ağız boşluğunda qalır.Astmalı xəstələr və digər aerzol təyin edilmiş xəstələr yaxşı olardı ki, bu dərmanları ilk dəfə həkimlərinin yanında qəbul etsinlər və düzgün olub-olmadıöını həkimi görsün,internetde həmin dərmanın adını yszaraq,onum düzgün qəbuku haqqında videolara baxa bilər.



TÜRKMƏN

Geri dön