Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Cəsarətli etiraf
Cəsarətli etiraf |
və yaxud Zirvələrdə iki həftə qar altında qalanların xoş xəbərin gözləyirik. *** Neçə gündür,səhərəcən Xınalıqdan möcüzəli sirli xəbər gözləyirik. Neçə gündür ərşə çıxan yuxulardan, yalvarışla , faciədən uzaq olan güman dolu ,ümid dolu,dürlü xəbər gözləyirik. Neçə gündür, həm gecənin, həm gündüzün dərdi-səri - Xınalıqdır. Hər cümləmin mübtədası və xəbəri - Xınalıqdır. Neçə gündür hər sözümüz,hər fikrimiz- Xınalıqdır. Neçə gündür dekabrdan qar görməyən Bakmıza zümzüməli küləklərlə qar gəlibdir. Dünya bizə dar gəlibdir. Biz hələ də tənbəl-tənbəl dərələrin qarlarını bir qarışlıq kürəklərlə kürəyirik , fikrimizi ora-bura sürüyürük. Biz hələ də proqnozlar verə-verə k ü l ə k l ə r i, kürəkləri, kələkləri söyə-söyə,gözümüzü döyə-döyə fırfıratək fırladırıq xəlbirləri,ələkləri. ...Təlim görmüş İtlər gəlib Avropadan əlac üçün,xilas üçün. İt də dözməz bu soyuğa, bu sazağa. İş görəndə,gördürəndə, bir binanı hördürəndə, niyə yada düşməyibdir, bu işlərdə əsas olan, "bax bu, olar ", "bax bu,olmaz" meyarıyla ölçüləsi həm nəsihət, həm qadağa... Ey kombili binalarda yuxulayan mühəndislər, Görüləndə lazım olan mühüm işlər, yuxunuza haram qatın, mışıl-mışıl yatmayın siz, başınızı "bəlkə"lərlə,xülyalarla qatmayın siz... Bax bu-qələm,bax bu,kağız... Çətindirsə bu iş sizə, bicə dəfə,bircə ağız Pıçıldayın:" Bacarmarıq biz bu işi, İşi bilər yaxşı adam,yaxşı kişi"... Biz də bilək işimizi , hirsimizdən qıçamayaq dişimizi., çətinliyə hazır olaq, el yolunda ellər üçün mətinliyə hazır olaq. Nazim Nəsrəddinov. 08.01.2018. Geri dön |