Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Bakıdan Qarsa sərnişin qatarının yola düşəcəyi tarix bəlli oldu - Türkiyəli nazirdən açıqlama
Bakıdan Qarsa sərnişin qatarının yola düşəcəyi tarix bəlli oldu - Türkiyəli nazirdən açıqlama |
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yükdaşınmasına başlanılıb. Hələlik bu dəmir yolu xəttindən yükdaşımalar üçün istifadə olunur. Başqa dəhlizlərlə müqayisədə Bakı-Tbilisi-Qars üzrə qısa zamanda və daha az xərclə yük daşımaq mümkündür. Bu ilin iyun ayından isə sərnişin daşınmasına başlanılması nəzərdə tutulub.
Bunu Sarıqamış hərəkatının 103-cü ildönümü münasibətilə keçirilən tədbirdən sonra Moderator.az-ın və Cahanpress-in baş redaktorlarının suallarını cavablandırarkən Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan bildirib. Nazir deyib ki, biz istəyirik, Türkiyədən çıxan qatar Bakıya, oradan da Qazaxıstana getsin. Yaxud da Bakıdan gələn qatar Qarsdan keçməklə Türkiyənin şərqinə və qərbinə gedə bilsin. Əhməd Arslan Bakı-Tbilisi-Qars dəmir yolu xətinin Naxçıvana birləşdirilməsi ilə bağlı suala da aydınlıq gətirib: “Rəsmi Ankara bu yolun Naxçıvana, sonradan isə İrana və Pakistana qədər uzadılmasının tərəfdarıdır. Hər iki ölkənin prezidenti bu layihənin ən qısa zamanda reallaşdırılması üçün müvafiq qurumlara tapşırıqlar veriblər. Biz istəyirik ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti İğdıra, oradan da Naxçıvana qədər uzadılsın. Bununla əlaqədar layihələrin hazırlanması davam etdirilir. Dəmir yolu xəttinin çəkilməsi üçün iki ölkənin rəsmi şəxsləri arasında görüşlər keçirilir. Yaxın zamanlarda maliyyə məsələləri müzakirə edildikdən sonra tikinti işlərinə başlanılacaq”. Geri dön |